Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Outline
Outline Çevrə, kontur – Obyektin yalnız qıraqlarını göstərən qrafik görüntü. Konspekt, xülasə, icmal – mətndəki bütün xırdalıqlara toxunmadan başlıca məqamların təqdim olunması üsulu. İnsanlar yüzillər boyu icmalı kağız üzərində qeyd etmişlər, ancaq kompüter bu prosesi iki yolla asanlaşdıra bilər. Birincisi, mətn prosessorunda öncə sənədin icmalını hazırlayıb, sonra geri qayıdıb bir-bir bölümləri doldurmaqla. İkincisi, proqram təminatları yalnız vacib məqamları göstərib, qalan yerləri gizlətmək imkanına malikdir. İstifadəçi bir bölümlə işləyərkən qalan bölümlərin detalları, yazılmış olsalar da, ekrandan uzaqlaşdırıla bilər. İcmal I.Heyvanların təsnifatı A.Məməlilər 1.İtlər və canavarlar a.Ev heyvanları b.Vəhşi heyvanlar 2.Pişiklər a.Ev pişikləri b.İri pişiklər 3.Primatlar B.Quşlar == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Outline nedir?
Ain't No Sunshine
Ain't No Sunshine – Bill Withersin 1971-ci ildə çıxardığı Just As I Am albomuna daxil olan mahnı. Mahnının prodüserliyini Booker T. Jones edib. Mahnının bas səsləri Donald "Duck" Dunn, zərb alətində isə Al Jackson, Jr tərəfindən ifa edilib. Mahnı sinql kimi 1971-ci ilin sentyabrında satışa çıxarılmış və Withers hitləri arasında ən uğurlularından biri olmuşdur. Belə ki, mahnı U. S. R&B hit paradında altıncı, Billboard Hot 100 hit paradında isə üçüncü yerə qədər yüksələ bilmişdir. Otuz bir yaşı olanda ilk hiti olan mahnısını yazıb və bu mahnı hit paradlarda debüt edəndə ifaçə hələ də Boing 747 üçün ehtiyat hissələri istehsal edən zavodda işləyirdi. Əslində o, artıq iyirmi doqquz yaşından mahnılar üçün sözlər və musiilər yazmaq haqqında düşünürdü. Lakin ətrafında olan musiqiçi tanışları, bundan bir şey çıxmayacağını və əsla uğur qazana bilməyəcəyini qeyd edirdilər. Withersin özünün qeyd etdiyinə görə o, 1962-ci ildə çəkilən Days of Wine and Roses filmini izlədikdən sonra bu mahnını yazmaq qərarına gəlmişdi. "Ain't No Sunshine" mahnısı ilə birgə, valın gigər üzündə isə başqa bir mahnı – "Harlem" mahnısı satışa çıxarılmışdı.