Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Billie Eilish
Billi Ayliş Payret Beyrd O'Konnell (ing. Billie Eilish Pirate Baird O'Connell; 18 dekabr 2001[…], Los-Anceles, Kaliforniya) — amerikalı müğənni-mahnı yazarı. 2015-ci ildə qardaşı Finneas O'Konnellin yazıb prodüserlik etdiyi "Ocean Eyes" sinqlı ilə dinləyicilərin rəğbətini qazanıb. Onun 2017-ci ildə buraxdığı ilk mini-albomu "Don't Smile at Me" maraqla qarşılanıb və ABŞ, Birləşmiş Krallıq, Kanada və Avstraliya daxil olmaqla bir sıra ölkələrdə ilk 15-də yer alıb. Billi Aylişin 2019-cu ildə yayımladığı debüt studiya albomu olan "When We All Fall Asleep, Where Do We Go?" ABŞ Billboard 200 və Birləşmiş Krallıq albomlar hit-paradında birinci pilləyə yüksəlib. Sözügedən albom "Bad Guy" sinqlının şöhrəti nəticəsində 2019-cu ilin ən çox satılan albomlarından birinə çevrilib. Növbəti il o, Ceyms Bond filmi "Ölməyə vaxt yoxdur" üçün qardaşı ilə mahnı yazıb ifa etmişdir. Həmin mahnı Birləşmiş Krallıq sinqllar hit-paradında birinci yerə çatıb. Eyni zamanda ona 2022-ci ildə "Oskar" mükafatı qazandırıb. Billi Aylişin sonrakı sinqlları "Everything I Wanted", "My Future", "Therefore I Am" və "Your Power" ABŞ və Birləşmiş Krallıq hit-paradlarında ilk 10-luğa daxil olub.
Neoseiulus salish
Neoseiulus salish (lat. Neoseiulus salish) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Wish You Were Here
Wish You Were Here — ingilis rok qrupu Pink Floydun 1975-ci ilin sentyabrında buraxılmış 9-cu studiya albomu. Bu albom üçün mahnılar qrupun Avropaya konsert turları zamanı hazırlanmış, səs yazıları isə Londondakı Ebbi Roud studiyasında yazılmışdır. Bütün sözlər Rocer Uotersə məxsusdur tərəfindən yazılmışdır..