Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəhrizli
Kəhrizli (Goranboy)
Bala Kəhrizli
Bala Kəhrizli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kəhrizli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Mil düzündədir. Yaşayış məntəqəsini XIX əsrdə Kəhrizli (indiki Böyük Kəhrizli) kəndindən çıxmış ailələr salmışlar. Oykonim bala (kicik) və Kəhrizli (kənd adı) komponentlərindən düzəlib, "kicik Kəhrizli kəndi" deməkdir. Kəhriz isə yeraltı su yolu, su kəmərinə deyilir.
Böyük Kəhrizli
Böyük Kəhrizli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kəhrizli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Böyük Kəhrizli Ağcabədi rayonunun Kəhrizli inzibati ərazi vahidində kənd. Qarqar çayının sol sahilindən 2 km. aralı, Qarabağ düzündədir. Ərazidəki Bala Kəhrizli kəndindən fərqləndirmək üçün belə adlandırılmışdır. Kəhriz "içməli suyu olan quyu, bulaq" deməkdir. Cəlil Məmmədquluzadənin ömür gün yoldaşı, Qarabağ mahalında öz dövrünün maarifçi və yardımsevər qadını sayılan Qarabağ xanı Pənahəli Xanın nəslindən olan, Həmidə xanım Cavanşir bu kənddə yaşamışdır..
Kəhrizli (Goranboy)
Kəhrizli (əvvəlki adları: — Böyük Dəliməmmədli; Əzizbəyov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Kəhrizli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Goranboy rayonunun Əzizbəyov kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Kəhrizli kəndi adlandırılmış, Əzizbəyov kənd inzibati ərazi dairəsi Kəhrizli kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Tarixi == == Toponimikası == Gəncə-Qazax düzənliyindədir. Keçmiş adları Böyük Dəliməmmədli və inqilabçı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov (rusca Azizbekovo / Азизбеково) olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 760 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Hüseyn Cavan — Aşıq.
Vaqif Kəhrizli
Vaqif Cabbar oğlu Əliyev -( 25 aprel 1953 -5 mart 2019) azərbaycanlı şair,Azərbaycan Yazıçılar Birliyinin üzvü. Vaqif Kəhrizli 25 Aprel 1953-cü ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.İbtidai təhsilini bu kənddə aldıqdan sonra 1966-cı ildə ailəsi ilə birlikdə Ağcabədi rayonu Kəhrizli kəndinə köçmüşdür.1970-ci ildə orta təhsilini başa vurub.Elə həmin ildə Bakı Kitabxanaçılıq Texnikumunun "Mədəni maarif " şöbəsinə qəbul olub.1975-ci ildə texnikumu bitirib. O Kəhrizli kəndində əvvəlcə Klub müdiri ,daha sonra isə Mədəniyyət evinin direktoru vəzifəsində çalışıb.1992-ci ildən S.Nuriyev adına Kəhrizli kənd musiqi məktəbində müəllim kimi fəaliyyət göstərib 6 övladı var. "Dünya mənim evimdir" , "Azərbaycan bayrağı" , "Peyğəmbər" ,"Dünya ,Zaman,İnsanlar" ,"Yaşa Azərbaycan,yaşa Türkiyə" və s. olmaqla 8 kitablar müəllifidir. 1983-cü ildə Xalq artisti Əlibaba Məmmədov öz dəstəsi ilə Ağcabədiyə konsert verməyə gəlir və gənc Vaqif onunla görüşməyə fürsət tapdır və ona "Ana dilim ölən deyil" adlı öz şeirini təqdim edir.Əlibaba Məmmədov bu şeiri bəyənir və bu şeiri mahnı kimi ifa etməyə başlayır və bununla da şeir ölkə səviyəəsində tanınır. Ağcabədi rayonunun Kəhrizli kəndində yaşayan şair Vaqif Kəhrizli 5 mart 2019-cu ildə 66 yaşında dünyasını dəyişib.
Atkins pəhrizi
Atkins pəhrizi — əsasən karbohidrata söykənən pəhriz. Atkins pəhrizi beyni kiçildir. Bundan başqa, bu pəhrizə davam edənlərin alzheimer xəstəliyinə tutulma riskləri də artır. Nyu-Yorkda olan “Mount Sinas” tibb mərkəzində aparılan araşdırmaya görə, zəngin karbohidrat pəhrizi saxlayanların beynində digər pəhriz saxlayanlarla müqayisədə 5 faiz ətrafında daralma baş verir. Yüksək karbohidrat beynin yaddaş hissəsinin inkişafına mane olur. Bu daralmanın nəticəsində alzheimer kimi xəstəliklər baş qaldıra bilir.
Bala Kəhrizli bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Böyük Kəhrizli bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kəhrizli bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.