Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pəncşer
Pəncşir vilayəti (fars. پنجشیر‎, hərfi "beş aslan") — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 3.610 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 139.1 min nəfər, inzibati mərkəzi Bazarək şəhəridir. Pəncşir vilayəti Əfqanıstanın 34-cü vilayəti olaraq 13 aprel 2004-cü ildə yaradılmışdır. Pəncşir vilayəti Əfqanıstanın şərqində, Əfqanıstan-Pakistan sərhəddi yaxınlığında yerləşir. Vilayət Bəğlan və Təxar vilayətləri ilə, cənubda Lağman və Kapisa vilayətləri ilə, şərqdə Bədəxşan və Nuristan vilayətləri ilə, qərbdə isə Pərvan vilayəti ilə həmsərhəddir. Əhalisi əsasən taciklərdən, həzaralardan, paşayilərdən, nuristanilərdən, Qılzay İttifaqına daxil olan puştunlardan və az sayda digər xalqların nümayəndələrindən ibarətdir. Taciklər sünni-islam etiqadlı farsdilli xalqdır. Əsasən dari (digər adı farsi - kabulidir) dilində danışırlar. Vilayətin Saləng rayonunda əhalinin çoxluğunu təşkil etməklə yanaşı digər rayonlarında da yaşayırlar.
Pənceh
Pənceh – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Pənceh kəndi «„Xili-Pənceh kənd sovetliyinə“» daxildir. Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin şiə məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 314 nəfər təşkil etmişdir.
Pencər
Pəncər
Pəncər (lat. Amaranthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Yunan dilində tərcüməsi "solmayan gül" deməkdir. Dekorativ gülçülükdə 4 növündən istifadə olunur. Onlardan biri dekorativ yarpaqlı bitkilərə, qalanları isə dekorativ-gül bitkilərinə aiddir. Azərbaycanda 9 növü yayılmışdır ki, onlardan 2 növü (Amaranthus cruentus və Amaranthus hypochondriacus) gülçülükdə istifadə olunur. Pəncərin toxumları may ayında torpağa əkilir. Enli, şaxələnmiş bitki yetişdirmək üçün pəncərin köklərini torpaqda bıçaqla əyri kəsmək lazımdır. Pəncər kolunun gözəl olması üçün iyun ayında bitkinin təpə tumurcuğu qopardılır. Dərilmiş pəncər otaq şəraitində güldanda yaxşı görünür.
Pencak silat
Pencak silat — İndoneziyanın milli idman növü. Pencak silat heç də yalnız idman deyil, o, eyni zamanda, insana öz nəfsini necə idarə etməyi və həyatını necə qorumağı öyrədir. Bu idman növü İndoneziyada rəsmi olaraq 800 döyüş sənəti məktəbində və 13000 adada yayılmışdır. Bütün ölkədə yayılmağına baxmayaraq, bu döyüş növünün adı iki vilayətdə istifadə edilən iki termindən ibarətdir. Qərbi Yavada "pencak" sözü və onun dialektik növü "penca", Yava, Madura və Bali dialektində isə "mancak" növü yayılmışdır. Sumatrada isə "silat" və "silet" növü yayılmışdır. 1948-ci ildə İndoneziya vahid dövlət olduqdan sonra bütün bu ədəbi ifadə növləri onun ümumi terminologiyasında İkatan Pencak Silat İndonesia (qısaca İPSİ, azərb. İndoneziya Pencak Silat Cəmiyyəti‎) idarəsi tərəfindən birləşdirilmişdir. 1973-cü ildə isə müxtəlif məktəblərin nümayəndələri və stilistlər rəsmən "pencak silat" adının rəsmi söhbətlərdə işlənməsinə qərar verdilər. Baxmayaraq ki, indiki zamana qədər bəzi yerlərdə hələ də orijinal deyilişi qalmaqdadır.
Pənbək nahiyəsi
Pənbək nahiyəsi — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Borçalının bölgələrindən biri. Adı Pəmbək dağ silsiləsi nın adındandır. 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Ağcaqala livasının nahiyəsi.
Geriqatlanan pəncər
Geriqatlanan pəncər (lat. Amaranthus retroflexus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Amaranthus bulgaricus Kov. Amaranthus bullatus Besser ex Spreng. Amaranthus curvifolius Spreng. Amaranthus delilei Richt. & Loret Amaranthus johnstonii Kov. Amaranthus recurvatus Desf. Amaranthus retroflexus var. delilei (Richt.
Quyruqlu pəncər
Quyruqlu pəncər (lat. Amaranthus caudatus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü.
Qırmızıbaldır pəncər
Qırmızıbaldır pəncər (lat. Amaranthus blitum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. Albersia arenaria Schur Albersia ascendens Fourr. Albersia blitum Kunth Albersia livida Kunth Amaranthus adscendens auct. Amaranthus albus Rodschied ex F.Dietr. Amaranthus alius K.Krause Amaranthus ascendens Loisel. Amaranthus berchtoldii Seidl ex Opiz Amaranthus blitonius St.-Lag. Amaranthus blitum var. ascendens (Loisel.) DC. Amaranthus blitum var. blitum Amaranthus blitum var.
Üçrəng pəncər
Üçrəng pəncər (lat. Amaranthus tricolor) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. Amaranthus amboinicus Buch.-Ham. ex Wall. Amaranthus bicolor Nocca ex Willd. Amaranthus cuspidatus Vis. Amaranthus dubius Mart. [Invalid] Amaranthus flexuosus Moq. Amaranthus gangeticus L. Amaranthus gangeticus var. angustior L.H.Bailey Amaranthus gangeticus var.
Üç pəncə
Üç pəncə — iki hissəli yallı rəqsi. Əfsanəyə görə qədim zamanlarda bir kəndli meşədə odun yığarkən bir ayının üç pəncə üzərində gəzdiyini görür. Ayı dördüncü pəncəsi yaralı olduğuna görə ayağını qatlayaraq, tullana-tullana yeriyirmiş. Bu hərəkət isə rəqsə oxşayır, rəqsi xatırladır. Kəndli gördüyü hərəkətlərin təsiri altında "üç pəncə" yallısını qurur. "Üç pəncə" rəqsinə sonralar "Axsaq yallı" adını da vermişlər. Bəzi bölgələrdə yallı "Çolağı" adı ilə də tanınır. Bu yallı həm Naxçıvanda (Şərur rayonu və ətraf kəndlər), həm də İrəvan bölgəsində maraqla ifa edilir. Çox zaman yaşlı adamların ifa etdikləri bu rəqs sakit və yeyin hissələrdən ibarətdir.
Yastı pəncə
Yastı pəncə (ing. pes planus) – pəncə tağının müxtəlif dərəcədə çökməsi və ya olmaması nəticəsində pəncənin döşəmə səthinə bütünlüklə toxunmasıdır. Dərəcəsindən asılı olaraq ağrı bədənin müxtəlif nahiyələrində olur.
Əhmədabad-i Pəncə (Qürvə)
Əhmədabad-i Pəncə (fars. احمد آبا پنجه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 237 nəfər yaşayır (47 ailə). Əhalisini kürdlər təşkil edir.
Müşir Aba-ye Pəncə (Qürvə)
Müşir Aba-ye Pəncə (fars. مشير آبا پنجه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 154 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
Qara Bulaq-i Pəncə (Qürvə)
Qara Bulaq-i Pəncə (fars. قره بلاغ پنجه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 539 nəfər yaşayır (114 ailə). Əhalisini kürdlər təşkil edir.
Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976)
Filmdə ayı balasının başına gələn əyləncəli sərgüzəştlərdən bəhs olunur. Ssenari Müəllifi: Ruhəngiz Qasımova Quruluşçu rejissor: Məsud Pənahi Quruluşçu rəssam: Məsud Pənahi Operator: Əlihüseyn Hüseynov Rəssam: N.Ağayeva, A.Quliyev Operator assistenti: Ramiz Ağayev Assistent: Elçin Axundov, L.Uznadze Cizgi rəssamı: Sergey Dyojkin, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Bəstəkar: Adil Bəbirov Mahnıların mətni: Kamal Aslanov Səs operatoru: Akif Nuriyev Montaj edən: A.Vəliyeva Redaktor: Ədhəm Qulubəyov Direktor: Aydın Abdullayev Məmmədrza Şeyxzamanov — bayquş (titrlərdə yoxdur) Ayı balası: Ana, ayağım əyridi bəyəm. Ana ayı: Əyri niyə? Ayı balası: Əyri pəncəyəm ki, mən. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.