Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paleoterapiya
Palçıq müalicəsi, Paleoterapiya – Müxtəlif mənşəli palçıqların və palçığabənzər maddələrin müalicə məqsədilə işlədilməsi. Palçıq müalicəsi əsasən, hərəkət-dayaq sistemi orqanlarının xroniki iltihablarında, periferik və mərkəzi sinir sisteminin müxtəlif xəstəliklərində tətbiq olunur. Kəskin iltihab proseslərdə: vərəmdə, ürək çatışmazlığında, hipertoniya və aterosklerozun ağır formalarında, qan, habelə böyrəklərin iltihabi xəstəliklərində Palçıq müalicəsindən istifadə etmək olmaz. Vulkan palçığı materiallarından əmələ gəlmiş, zirvəsində krateri olan yastı konus formalı təpə. Fasiləsiz və yaxud vaxtaşırı vulkan palçığı, qaz, süxur qırıntıları, su (bəzən neftli) püskürür. Abşeronda Lökbatan Palçıq vulkanı ətrafdakı sahələrdən 300 m yüksələn konus əmələ gətirmişdir, konusun zirvəsindəki kraterin diametri isə 400 m-ə çatır. Azərbaycan Respublikasında 220-dən artıq P.v. (dünyada ən çox) var. Bakı arxipelaqında 8 ada (Qarasu, Gil, Zənbil, Sənki-Muğan və s.) Palçıq vulkanın fəaliyyəti nəticəsində əmələ gəlmişdir. Ümumiyyətlə Xəzər dənizində 140-dan çox sualtı Palçıq vulkanı məlumdur.
Balneoterapiya
Balneoterapiya (lat. balneum - vanna) — təbii mineral sulardan müalicə məqsədilə istifadə etməyi nəzərdə tutur. Bu sulardan istifadə əsasən müalicəvi məqsəd daşıdığı üçün müalicə üsulları həkim tərəfindən seçilməlidir. Təbii müalicəvi mineral sular tərkibində olan bu və ya başqa mineral maddələrin miqdarı, yaxud hər hansı fiziki xüsusiyyətləri şirin sudan fərqlənir. İşlənməyinə görə mineral sular daxilə (içmə, inhalyasiya, imalə) və xaricə (mineral vanna) istifadə olunur. == İstinadlar == Ə.V.Musayev, P.S.Mehdiyev . Ümumi fizioterapiya, Bakı - 2010.