Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Papaqçı (personaj)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
Dəlisov Papaqçı (Kerrolun personajı)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
Frigiya papağı
Frigiya papağı və ya azadlıq papağı — Şərqi Avropa, Kiçik Asiya, o cümlədən, Frigiya, Dakiya və Balkanlarda yaşayan müxtəlif xalqların tarixi keçmişi ilə simvolizə olunan, ucu qabağa doğru əyilmiş konusşəkilli papaq. Müasir Avropada o, azadlıq və müstəqilliyə işarədir və tez-tez qədim Romada qulların sərbəst buraxılamasının rəmzi olan papaq-pilosla qarışıq salınır. Qədim dövrdə monarxiya rejimlərində tac hakimiyyətdə olan sülaləni təmsil edirdisə, respublika qurulmuş dövlətlərdə gerb Frigiya papağı ilə təsvir olunurdu. Müxtəlif dövlətlərin milli simvollarında, o cümlədən də Fransanın Mariannasında bu papağı görmək olar. == Qədim dövrlərdə == === İlkin ellin dövlətlərində === Frigiya papağı e.ə. 4-cü əsrə qədər frigiyalıların ana ilahəsi Kibelanın əri Attislə simvolizə olunub. Sonralar qədim yunan vazalarında və memarlıq abidələrində əfsanəvi hökmdar Midas və başqa frigiyalılar bu papaqla təsir olunmağa başladılar. Rəvayət görə Midas bu papaqdan Apollonun lənətinə görə ona verilən uzun qulaqlarını gizlətmək üçün istifadə edirdi. Tezliklə Frigiya papağına qeyri-yunan xalqlarının mədəniyyətlərində də rast gəlinir. Troyalılar və Kiçik Asiyanın qərbində yaşayan digər xalqlar, həmçinin onların qəhrəmanları - Paris, Eney, Hanimed bu papaqla təsvir olunurlar.
Panama papağı
Panama papağı (isp. sombrero panamá) — Ekvador mənşəli ənənəvi kənarlı saman papaq.
Sind papağı
Sind topisi -— Sind milli baş geyimi. Sind milli baş geyimi olan Sind topisi əsasən Pakistanın Sind əyalətində yaşayan əhali tərəfindən geyinilən baş geyimidir. Bu geyimdən Saraiki xalqı, Bəluc xalqı və Puştunlar da istifad edir və bütün Pakistan ərazisində rast gəlinir. Əcrək və ya Saraiki Əcrək ilə yanaşı Sind papağı, Sind və Saraiki mədəniyyətinin mühüm bir hissəsi hesab edilir. Bu geyim həm də Sind milliyyətçiliyinin bir nişanəsidir. Sind papağının alın hissəsi açıq olan dairəvi/silindir formalı geyim növüdür. Qarışıq həndəsi naxışlar bu geyim üzərində öz əksini tapıb və əksər vaxt çox kiçik şüşə parçaları da içərisinə işlənir. Sind mədəniyyətində Sind papağı, Əcrək ilə yanaşı hədiyyə və ya hörmət əlaməti olaraq bağışlanır. 2009-cu ilin dekabr ayında Pakistanın Sind əyalətində Sind sərhəddini və bütövlükdə Sind mədəniyyətini qeyd etmək üçün "Sind Topi Günü" keçirildi. 2010-cu ildən bu gün "Sind mədəniyyəti günü" adlandırılmağa başlandı.