Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paranoya
Paranoya — həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıq. Söz yunan dilində "παράνοια" (paranous) "dəlilik" mənasını verir (para = çöldə; nous = ağıl, ağılını itirmək) Paranoya çox vaxt şizofreniya kimi psixotik xəstəliklərlə yanaşıdır. Bununla birlikdə seyrək olaraq, paranoyak şəxsiyyət pozuqluğu kimi, psixotik olmayan, digər vəziyyətlərdə də müşahidə edilə bilər. Paranoya, fərdin hər hansı bir hadisə qarşısında hadisənin meydana gəlməsindən fərqli olaraq inkişaf edə biləcəyini öz içərisində canlandırma yolu ilə qarşıya qoyduğu və sərhədsiz sayda çeşitləndirə biləcəyi xəyal məhsullarının bütünüdür. Xalq arasında, paranoya deyimi, ümumiyyətlə bir şəxsin, ətrafındakılar haqqında həddindən artıq şübhəçiliyini təyin etmək üçün istifadə edilər. Belə bir adama edilən tövsiyələr, yaxşı niyyətli belə olsa, o adam tərəfindən pis niyyətlə edilmiş hesab edilər. Başqalarının onun haqqında təxribat edəbiləcəyi düşüncəsinə qapıla bilər, özlərinə və ya mülklərinə qarşı bir təhdid olduğu narahatlığı içinə düşər. Bu düşüncələr, o şəxsə böyük narahatlıq verər. Ətrafındakılar da, bu vəziyyətdən narahat olar. == Tarixi == Psixiatr Emil Kraepelin, ən əhəmiyyətli və ya yeganə əlamətin təşviş inanclar olduğu ruhi xəstəlikləri təyin etmək üçün, "paranoya" terminini, istifadə etmişdir.
Paranoya (musiqi albomu)
Paranoya (rus. Паранойя) — Nikolay Noskovun ikinci studiya albomu.
Paranoa su anbarı
Paranoa su anbarı (port. Lago do Paranoá) — Braziliya ərazisində yerləşən süni göl. Brazilia şəhəri yaxınlığında Paranoa çayı üzərində bənd atılması ilə təşkil olunmuşdur. == Toponim == «Paranoa» Tupi dilində «girişdə su» anlamını verir. == Bənd == 12 sentyabr 1959-ci ildə Paranoa çayı üzərində bənd inşa edilmişdir. Hazırda bu bu bənddən əldə onunan enerjinin dairənin cəmi 2,5 %-ni təmin edir. == Naviqasiya və su idmanı == Federal dairədə 11 000 su nəqliyyatı vastəsi qeydə alınmışdır. Bu isə ölkə üzrə yelkənli qayıqların sayı baxımından üçüncüdür. Burada yaxtaların saxlanması məqsədi ilə yaxt klub vardır. Burada kanoye, su xizəyi, yelkənli idmanı kimi idman növləri geniş yayılmışdır.