Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Patronaj
Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin hüquq və mənafeyinin təmin edilməsinə və qorunmasına, eyni zamanda kömək göstərilməsinə yönələn fəaliyyətə patronaj deyilir.
Patrona Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. == Haqqında == Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.
Patrona Xəlil üsyanı
Patrona Xəlil üsyanı – 1730-cu ildə İstanbulda baş verən və III Əhmədin taxtdan endirilməsi ilə nəticələnən üsyan. == Üsyandan əvvəlki vəziyyət == Yeniçəri ocağına məsub olan və bir müddət donanmada ləvənd olaraq çalışdığı üçün Patrona ləqəbiylə anılan Xəlilin adıyla tarixə keçən üsyan, mənbələrdə Patrona Xəlil və ya qısaca Patrona üsyanı olaraq qeyd edilir. Üsyan 1718 tarixli Pojarevatsk sülhü ilə başlayan ardıcıl siyasi, iqtisadi və sosial inkişafa qarşı etirazların nəticəsidir. Dövrün sədrəzəmi Nevşəhərli Kürəkən İbrahim Paşanın, Osmanlı ordusunun Avstriyaya qarşı məğlubiyyətindən sonra sülh tərəfdarı siyasət yeritməsi səbəbilə orduyla münasibətlərinin pisləşməsi, Belqrad və Temeşvar kimi önəmli mövqelərin itirilməsi, Nevşəhərli İbrahim Paşa sədrəzəm olduqdan sonra ordunu məmnun etmək üçün heç bir səbəb olmadan Səfəvilərə müharibə elan etməsi və bu mübarizədə Osmanlıların məğlub olması əhalinin müxtəlif təbəqələri arasında narazılıqlara səbəb olmuşdu. Digər tərəfdən uzun müddətdir ki, davam edən müharibələrin səbəb olduğu iqtisadi böhran, əvvəlcə müvəqqəti olaraq yığılsa da, sonralar daimi vergiyə çevrilən ağır “imdadiyyə” vergisi, önəmli dövlət vəzifələrinin ömürlük verilməsi kimi icra olunan bəzi tədbiqlər, xüsusilə aşağı təbəqənin vəziyyətini ağırlaşdırmışdı. Başda Sultan Əhməd və kürəkəni Nevşəhərli İbrahim Paşa olmaqla, dövlət adamlarının israfçılığa səbəb lüzumsuz məsrəfləri, boş qalan bəzi vəzifələrin qeyri-qanuni şəkildə guya doluymuş kimi göstərərək gəlirlərinin xəzinəyə yönləndirilməsi də xalqın etirazına və dövlət adamlarına olan nifrətə səbəb olmuşdu. XVII əsr boyunca böyük şəhərlərə köç hələ də davam edir, bu da əyalətlərin boşalmasına, istehsalın aşağı düşməsinə və gəlirlərin azalmasına səbəb olurdu. Sonradan Lalə dövrü olaraq anılan Nevşəhərli İbrahim Paşanın sədarəti dövründə ilk türk mətbəəsinin açılması, tərcümə heyətinin qurulmasıyla şərq və qərb ədəbiyyatlarından tərcümələrin hazırlanması, kitabxanaların açılması, bir müddətdir diqqətlərdən yayınan çini sənətinin yenidən inkişaf etdirilməsi, kağız və parça emalatxanalarının qurulması, rəsmi yanğınsöndürmə qurumu olan Tulumbaçılar ocağının təşkili kimi işlər isə əhalinin yalnız müəyyən bir qismini təskin edirdi. Fransız memarlığının təsiri ilə hazırlanan köşk və qəsrlərin inşası və bununla bağlı olaraq dəbədəbəli həyat tərzi və israfın artması İstanbul əhalisinin etriazlarını alovlandırdı. Sarayın adət-ənənələrdən uzaqlaşması, hətta müqəddəs Ramazan ayında belə şənliklərin davam etməsi üləma zümrəsinin də əhalini dəstəkləməsinə səbəb olmuşdu.