Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dayazlıq
Dayazlıq — Çayda, göldə, dənizdə dayaz yer, dərinliyi az olan yer. == Çay == Azərbaycanın Kür və Araz çaylarından başqa digər çaylarda dərinlik az olduğu üçün onlara dayaz çaylar demək olar. Azərbaycanın ərazisində 8359 çay qeydə alınıb. Onların yalnız 21-nin uzunluğu 100 kilometrdən çoxdur. Çayların orta illik axın həcmi 30,9 kubkilometrdir. Onun 23 kubkilometri ölkə hüdudlarından kənarda, yalnız 8 kubkilometrə qədəri respublika daxilində formalaşır. Azərbaycan ərazisində çaylar yağıntının daha çox düşdüyü orta və yüksək dağlıq ərazilərdə yaranır və mənbəyini əsasən Böyük və Kiçik Qafqaz dağ silsilələrindən götürür. Azərbaycan ərazisindəki çaylar coğrafi mövqeyinə görə dörd qrupa bölünür: Böyük Qafqaz sıra dağlarının şimal-şərq yamacındakı çaylar; Qobustan-Abşeron çayları; Kür-Araz hövzəsi çayları; Cənub zonası çayları. Kür, Araz və Samurçay Azərbaycanın ən böyük çayları sayılır. Kür çayı başlanğıcını Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 metr yüksəklikdən götürür, Gürcüstan ərazisindən keçərək Azərbaycana daxil olur.
Dayazlıq (dəqiqləşdirmə)
Dayazlıq
Bakı payızı
Bakı Payızı-88 (rus. "Бакинская осень-88"; ing. "Baku Autumn-88") — Gənc Estrada İfaçılarının Müsabiqəsi. Müsabiqə 1988-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsi ilə Azərbaycan Televiziyası və Radio Komitəsinin birgə səyi nəticəsində təşkil olunmuşdur. == Tarixi == Müsabiqə ilk dəfə ötən əsrin 60-cı illərin ikinci yarısında yaranmış, lakin uzun müddət keçirilməmişdir. Təxminən 20 ilə yaxın uzun fasilədən sonra "Bakı Payızı" müsabiqəsi 80-ci illərdə yenidən estrada musiqisinə töhfələr verməyə başlayır. "Bakı Payızı-83" və "Bakı Payızı-85" müsabiqələrindən ilhamlanaraq zamanının istedadlı və gənc rejissorlarından biri olan Sevinc Kərimova müsabiqəni bərpa etmək qərarına gəlir. == Bakı Payızı-88 == 1988-ci ildə qəzetlərin birində "Bakı Payızı" müsabiqəsnin bir daha keçirilməsi haqqında elan çap olunur. Maraqlıdır ki, heç də bütün iştirakçılar müsabiqə haqqında kütləvi informasiya vasitələrindən öyrənmirlər. Nəzərə alsaq ki, 80-ci illərin sonları yalnız informasiya qıtlığı ilə deyil eləcədə mağazalarda qida məhsullarının, xüsusilə, geyim qıtlığı ilə xarakterizə olunurdu, səhnəyə çıxacaq iştirakçılar da hər biri fərqli və zövqlü görünmək üçün müxtəlif üsullardan istifadə edirdi.
Dayazlıq (film, 2016)
Dayazlıq — 2016-cı il ABŞ qorxu, triller filmi. == Məzmun == Film Nensinin sörfinq edərkən köpək balığının hücumuna məruz qalmasından bəhs edir.
Payızın 17 anı
Film 2006-cı il noyabr ayının 24-dən dekabrın 11-ə qədər bağlanan ANS televiziyasının 17 gününü əks etdirir. 17 gün bağlı qalan ANS televiziyası filmdə bağlanma səbəblərinə toxunmur, sadəcə olaraq o günləri bir daha xatırlayır.
Orta Əsrlərin payızı
Orta Əsrlərin payızı " (nid. Herfsttij der Middeleeuwen), Niderland yazıçısı Yohan Heyzinq tərəfindən qələmə alınan fəlsəfi və mədəni əsərdir. İlk dəfə 1919-cu ildə Hollandiyada nəşr edilmişdir. Əsər XIV–XV əsrdə Fransa və Hollandiyada mənəvi vəziyyəti təsvir edir. Müəllif orta əsr zehniyyətinin xüsusiyyətlərinə , cəmiyyətin sinif bölünməsi fikrinə və orta əsr məhəbbət imicinə xüsusi önəm verib. İtaliyada Renesans mədəniyyəti Bouwsma, William J (1974), "The Waning of the Middle Ages", Daedalus, 103 (1): 35–43. Peters, Edward; Simons, Walter P (1999), "The New Huizinga and the Old Middle Ages", Speculum, 74: 587–62, doi:10.2307/2886762. Moran, Sean Farrell. Johan Huizinga, The Waning of the Middle Ages, and the Writing of History, in The Michigan Academician, 33,3, 410–423 Heyzinq, Yohan, The Waning of the Middle Ages (scanned book), Internet Archive, Edward Arnold & Co, 1924. Herfsttij der Middeleeuwen Qutenberq layihəsində.
Ömrümün payızı (kitab)
Payızın 17 anı (film, 2007)
Film 2006-cı il noyabr ayının 24-dən dekabrın 11-ə qədər bağlanan ANS televiziyasının 17 gününü əks etdirir. 17 gün bağlı qalan ANS televiziyası filmdə bağlanma səbəblərinə toxunmur, sadəcə olaraq o günləri bir daha xatırlayır.
21-ci ilin payızı (film, 2011)
63-ün tutqun payızı (film, 2003)
63-ün tutqun payızı qısametrajlı sənədli televiziya filmi rejissor Orman Çingizoğlu tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. == Məzmun == Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. 1963-cü il noyabrın 7-də Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayiş zamanı Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstədən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya sarı getmiş, mədəniyyət evinin fasadından Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı. Xruşşov dövrünün son iri kütləvi qarşıdurması kimi dəyərləndirilən Sumqayıt hadisələri kütləvi psixologiyada baş verən incə transformasiyaları anlamaqda əyani nümunədir.
Səsindən tanıdılar payızı (Yapon şeir antologiyası)
Səsindən tanıdılar payızı — Yapon şeir antologiyası. Kitab klassik yapon poeziyası ilə tanışlıq imkanı verən fərqli bir nəşrdir. Klassik yapon poeziyasının zirvələri sayılan Başo (1644–1694), Buson (1716–1783) və İssanın (1763–1828) ölməz üçlükləri – seçmə haykuları ilə yanaşı, həmin şairlərin özlərinə ustad saydıqları böyük yapon şairi Saygyonun (1118–1190) qələmindən çıxan tankalar – beşliklər də ilk dəfə olaraq oxucularımıza məhz bu toplu ilə təklif edilir. Siz bu topluda böyük şairlərin şeirləri ilə yanaşı, onların həyat və yaradıcılığına işıq salan, ara-sıra yapon poeziyası tarixinə də toxunan məqalələri oxuya biləcəksiz. Unutmayın ki, yapon şeirinin özünəxas bir əsas xüsusiyyəti var: anı göstərmək; anı yaxalamaq. Bu xüsusiyyət – anı yaxalamaq cəhdi və bu cəhdi dəqiq qaydalarla hüdudlanmış qısa şeirdə icra etmək yapon poeziyasını vizuallıq baxımından dünya şeirinin baş tacına çevirib. Səsindən tanıdılar payızı… Siz də tanıyın… 2016-cı il fevralın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda antologiyanın təqdimatı keçirilib. AYB-nin sədri, Xalq yazıçısı Anar tədbiri açaraq yapon poeziyasına 1979-cu ildə ilk dəfə Xalq yazıçısı Elçinin müraciət etdiyini söyləyib. Bildirib ki, o, özü də yapon poeziyasından bir neçə şeiri Azərbaycan dilinə tərcümə edib. Xalq yazıçısı yeni nəşri Azərbaycan-Yaponiya mədəni əlaqələrinə töhfə kimi dəyərləndirib.