Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pedant
Pedant (it. Pedante tərbiyəçi, müəllim) xırdaçıl, izafi dərəcədə dəqiqçil, məlumatfüruş, özünü hərtərəfli bilikli göstərməyə, öz biliyini nümayiş etdirərək, başqalarna ağıl öyrətməyə çalışan adam. Bu cür yersiz formal hallar isə pedantizm sayılır. Xalq arasında çox vaxt bu cür insanlar "xırdaçıl", "zəhlətökən", "hərfbaz", "bürokrat" adlandırılırlar. Məsələn; bir dinləyicinin mühazirəçiyə əhəmiyyət kəsb etməyən ədədi (99 qəpik əvəzinə 1 manat; saat 12:29 əvəzinə 12:30; oksigenin atmosferdə miqdarı: 20,942 % əvəzinə 21 %) yuvarlaq ifadə etməsinə görə nümayişkarcasına tutduğu irad. Ziqmund Freyd psixoseksual inkişafın fazaları mülahizəsində pedantizmi "anal fazanın" bir xarakter tipi hesab edir.