Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peneplen
== Peneplen == Peneplen (lat.paene-demək olar ki, və ing. plain-düzənlik)-coğrafi tsiklin son nəticəsi kimi, uzun müddət ərzində dağlıq ölkənin yerində aşınma və denudasiya proseslərinin fəaliyyəti nəticəsində proseslərinin fəaliyyəti nəticəsində əmələ gələn az-çox hamarlanmış düzən sahəyə deyilir. Bəzən düzgün olmayaraq üfüqi yatmış süxur layları ilə xarakterizə olunan düzənliklərə də peneplen deyilir. Peneplen anlayışını elmə 1889-cu ildə V.M.Devis daxil etmişdir.
Pediplen
Pediplen (rus. педиплен, ing. pediplain) /lat. pedis- ayaq, ətək, ing. plain- düzənlik/- pediplanasiyanın son mərhələsində, pedimentlərin birləşməsindən yara­nan hamarlanmış zəif meylli denu­dasion səth. Tropik Afrikada müşahidə edilir /savanna sahələrində/.
Panplen
Panplen (rus. панплен, ing. panplain; yun. pan — hamısı və ing. plain — düzənlik, müstəvi) — düzəlmə səthinin bir nö­vü olub, meandrlı çaylarda meandr zolağının yan eroziya nəticəsində dik sahilə tərəf geri çəkilməsi sa­yəsində (Koriolis qüvvəsinin təsiri altında) əmələ gəlmiş, allüvial su­basar düzənlik.