Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
M26 Pershing
Amerika Birləşmiş Ştatlarının ordusunun İkinci dünya müharibəsində və Koreya müharibəsində istifadə etdiyi ağır sinfə məxsus tankdır. Adını Birinci dünya müharibəsində iştirak etmiş general Con Perşinqdən almışdır. Maksimum sürəti saatda 40 km. Motoru:Ford GAF, 8 silindr, benzinli, 450/500 at gücü (373.336 kW) Zireh 25–110 mm Əsas silahı 90 mm-lik top (70 mərmi) Köməkçi silahı: 2 X Browning 30–06 (5000 mərmi), 1 x Browning 12.7 mm (550 mərmi) Hərəkət mənzili: 161 km == Tarixi == 1942-ci ilə kimi ABŞ ordusunda əsas vəzifələri M4 Sherman tankları edirdi. M4 Sherman tanklarının əsas vəzifəsi həm piyadaların irəliləyişlərini təmin etmək, həm də ani hücumlar zamanı istifadə olunmaq idi. Ancaq gələcək zamanlarda quru qoşunları üçün daha ağır və daha zirehli bir tanka ehtiyac duyulurdu. Məhz buna görə 1942-ci ilin payızında ABŞ ordusunun təchizat birlikləri quru qoşunları üçün ingilis tanklarına görə daha çox istifadə arealına malik olan yeni bir tankın üzərində işləməyə başladılar. Sonrakı iki il ərzində T20, T22, T23, T25, T26 adlarında çeşidli motor, silah və zireh kombinasiyalarından ibarət tanklar sınaqdan çıxarıldı. Ancaq Birləşmiş Ştatların quru qoşunlarına görə M4 Sherman tankları tam olaraq ehtiyaclara cavab verirdi və yeni bir tanka ehtiyac yox idi. Onların fikrincə almanların Tiger və Panther tankları sayca çox deyildi.