Поиск по словарям.

OBASTAN VİKİ
Petrokimya
Petrokimya, Zavaritski, 1944 - geologiya elminin süxurların kimyəvi tərkibi və onların əmələ gəlmə proseslərinin kimyası haqqında bölməsi == Haqqında == Petrokimya süxurların və süxurəmələgətirən mineralların kimyəvi tərkibinin empirik parametrlərinin təyininə; təbii sistemə yaxın sintetik sistemlərin öyrənilməsinə əsaslanan eksperimental məlumatların və onların qrafiki ifadəsinin genetik yozumuna; süxurlarda mineral assosiasiya mövcudluq şəraiti və təkamülünün paragenetik analizinə, habelə süxur və süxurəmələgətirən minerallarda, bütövlükdə Yer qabığında kimyəvi komponentlərin yayılma qanunauyğunluqlarının analizinin üsul və nəticələrinə əsaslanır. Petrokimya tətbiqinin əsas istiqamətləri bunlardır: müxtəlif tərkibli, mənşəyli, yaşlı, formasion mənsubiyyətli, struktur süxurların dəqiq kimyəvi tərkibini öyrənməklə təbii petrokimyəvi standart sistemlər yaratmaq (kimyəvi tərkibin orta tipləri); süxurların təsnifatını vermək və onların fatsial-formasion analizinin effektiv petrokimyəvi kriterilərini işləyib hazırlamaq; maqmatik komplekslərin metallogenik ixtisaslaşmasını müəyən etmək. Petrokimya nəzəri məsələlərinə petrogenetik proseslərin modelləşdirilməsi aiddir. == Binar petrokimyəvi diaqramlar == Binar petrokimyəvi diaqramlar düzbucaqlı koordinat sistemində qurulur. Absis oxu üzrə, adətən, ən geniş yayılmış komponentlər (SiO2, MgO və b.) qeyd olunur, şaquli oxda isə başqa komponentlər göstərilir. Komponentlər çəki faizində, yaxud onların nisbətlərinin qiymətləri ilə verilir, oxlara paralel xətlər çəkilir, xətlərin kəsilişində nöqtə göstərilir. Bu nöqtələri birləşdirən xətt komponentlərin bir-birindən asılılığını, korrelyasiyasını göstərir. Müəyyən petroloji məsələlərin həllində istifadə olunur. Ən çox işlənilən binar diaqramlara misal olaraq Osbornun Binar petrokimyəvi diaqramlar: [SiO2-(FeO+Fe2O3): (FeO:Fe2O3+MgO)]; Ritmanın Binar petrokimyəvi diaqramlar [SiO2-(Al2O3-K2O-Na2O):(Al2O3+ +K2O+Na2O) və SiO2-(K2O+Na2O)] və b. göstərmək olar.
Astrokimya
Astrokimya — ulduzlararası mühitin və protoplanet disklərinin kimyəvi tərkibini, həmçinin onlarda gedən kimyəvi prosesləri öyrənən astronomik tədqiqatlar istiqaməti. Astrokimya bir neçə bölməyə ayrılır. 1) Hissəciklərin konsentrasiyası 100 sm–3 tərtibində və temperaturu bir neçə yüz kelvin olan diffuz (ulduzlararası) buludların astrokimyası. Kosmik şüalar və ulduzların kəskin şüalanması belə buludlara asan nüfuz etdiyindən burada molekulların dağılması tez gedir və çoxatomlu molekulların əmələ gəlməsi olduqca çətindir. 2) Hissəciklərin konsentrasiyasi 104 sm–3-dən az olmayan və temperaturu bir neçə onlarla kelvindən yüksək olmayan sıx molekulyar buludların astrokimyası. Belə buludların dərin qatlarında ultrabənövşəyi şüalanma təsir etmədiyindən burada (əsasən, toz zərrəciklərinin səthində) üzvi molekullar daxil olmaqla ən mürəkkəb çoxatomlu molekullar yarana bilər. 3) Protoplanet disklərinin astrokimyası. Ulduzların və planet sistemlərinin sıx buludlardan yaranma prosesinin öyrənilməsi Günəş sisteminin və həyatın mənşəyinin öyrənilməsi ilə sıx əlaqəlidir: məsələn, mövcud təsəvvürlərə görə üzvi komponentlər erkən Yerə kometlərlə və ya protoplanet disklərinin tərkibinə daxil olan digər bərk cismlərlə gətirilmişdir. 4) Zərbə dalğalarının astrokimyası. Cavan ulduz obyektlərindən gələn molekulyar axınların ətraf maddələrlə qarşılıqlı təsir sahələrində ən mühüm proseslər toz zərrəciklərinin səthində molekulların itkisi, həmçinin yüksək temperaturda gedən reaksiyalardır.
Petrokemiya
Petrokemiya (xorv. Petrokemija) — kimyəvi sənaye sahəsi ilə məşğul olan xorvat firması. 1968-ci ildə "INA" dövlət neft şirkətinin filialı kimi "Gübrələr zavodu" (xorv. Tvornica gnojiva) adı altında əsası qoyulub. Kənd təsərrüfatı üçün gübrə istehsalına görə ixtisaslaşıb. Ölkədə "İNA"dan sonra ikinci ən böyük ixracat firması. == Tarixi == Maslovina və Qərbi Slavoniyada neft-qaz ehtiyatlarının axtarışı 1926-cı ildə Lipika yaxınlığında, qonşu Buyavitsa qazından istifadə edən Brezinedə texniki karbon zavodunun tikintisini şərtləndirdi. Kutində Qara karbon adlanan amorf kütlədən 1938-ci ildə Qoyla qazının köməyi ilə istifadə edilməyə başlandı. 1940-cı ildə 1982-ci ilə qədər fəaliyyət göstərən əhəng zavodundan istifadə edilməyə başlandı. 1955-ci ildə gil zavodu tikildi.