Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Owl Pharaoh
Owl Pharaoh — amerikalı repçi Trevis Skottun buraxdığı ilk miksteyp. 21 May 2013-cü ildə Grand Hustle Records və Epic Records tərəfindən pulsuz olaraq yayımlanmışdır. Miksteypdə 2 Chainz, T.I., Wale, Toro y Moi, A$AP Ferg, Theophilus London, Paul Wall, James Fauntleroy və Meek Mill-in ifaları yer alıb. 2011-ci ildə Trevis "Owl Pharaoh"-u 11 əsas, 2 əlavə mahnı ilə təqdim etdi. Bu versiyaya "Lights (Love Sick)", "Analogue" və "That B!tch Crazy" kimi mahnıları daxil etmək lazım idi. Ancaq bu, Skott-un çox məşhur reperlər və səs prodüserləri olan T.I. və Kanye Vest tərəfindən kəşf edilməsindən əvvəl idi. İkisi ilə birlikdə işlədikdən və layihəni yenidən qurduqdan sonra Skott "Owl Pharaoh"-un GOOD Music-in Cruel Summer (2012) mahnısı ilə eyni ay yayımlanacağını açıqladı. Ancaq o mahnı yayımlanmadı. Skott daha sonra yenidən layihə üzərində işlədi və 22 fevral 2013-cü ili yeni bir tarix kimi təyin etmişdir. Lakin layihə yenə də yayımlanmadı.
Paraoa
Paraoa (fr. Paraoa) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 930 km cənub-şərqdə yerləşir. Adanın sahəsi 4 km²-dir. Daxilində laqun vardır. İnzibati baxımından Hao kommunasına daxildir. Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Qloster olaraq adlandırır. 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.