Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laterizm
Laterizm — işıqlı dünyaya aparan yol. == Laterizmin mənası == Laterizm — inanclı insanların hüquqlarının bərpa olunması və bərabər səviyyəli cəmiyyətin yoludur. 21-ci əsrin əvvəllərində yaranmış yeni cərəyandır. Simvolu bəyaz göyərçindir. Cəmiyyət üzvləri haqqında heç bir məlumat yoxdur. Laterizmin ideoloqları iddia edir ki, bu yolda, bu ad altinda birləşməklə əsl demokratiyanı yaratmaq yolunda önəmli addım atmış olarıq. Əsrlər boyu dunyanı cənginə alan Feodalizm, Sosializm, Kapitalizm də əvvəllər kiçik bir arealda yaranıb və illər kecdikçə bütün dünyaya yayılıb. Laterizm daha ümidverici bir cərəyandır və bu cərəyan yalnız bir təbəqə saxlayır, yəni, eynihüquqlu cəmiyyət yaradır. == Laterizmin əsas müddəalarından çıxarışlar == Hər bir insan layiq olduğu qədər azad, başqalarının azadlığına toxunmayacaq qədər müstəqil yaşamalıdır. Yaşadığı dövlətdən, dinindən, dilindən asılı olmayaraq hər bir inanclı insan bu ideologiyaya qoşula bilər və bu ideologiya öz üzvləri içində kimsədən ayırmır.
Gimli planeri
Gimli planeri (ing. Gimli Glider) — 1983-cü il iyulun 23-də Kanadanın Gimli aeroportunda enmiş "Air Canada" aviaşirkətinə məxsus Boinq-767 təyyarəsinə verilən qeyri-rəsmi ad. 143 nömrəli reyslə Ottavadan Edmontona uçan təyyarənin yanacağı cihazların və texniklərin səhvi ucbatından yerdən 12000 metr yüksəklikdə qəfil bitmiş və təyyarənin mühərrikləri dayanmışdır. Buna baxmayaraq pilotlar planer effektindən istifadə edərək təyyarəni Gimli aviabazasında təhlükəsiz şəkildə yerə endirə bilmişdilər. Təyyarədəki 61 sərnişin və 8 heyət üzvünün hamısı sağ qalmışdır. 1985-ci ildə hər iki pilot Beynəlxalq Aviasiya Federasiyasının diplomu ilə mükafatlandırıldılar. 2008-ci ildə hadisənin 25 illiyi ilə bağlı Gimlidə xatirə lövhəsi açılmışdır.