Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plutarx
Plutarx (yun. Πλούταρχος, ən tezi 45 və ən geci 50 – təq. 120[…], bilinmir) — Roma imperiyası dövründə yaşamış yunan tarixçisi, bioqrafı və filosofu. Orta platonçuluq məktəbinin təmsilçisi sayılır. Antik dünyanın ən tanınmış yazıçı və filosoflarından biri Platon məktəbinin davamçısı olan olmuşdur. O, Yunanıstanın Beotiya vilayətində yerləşən Heroneyadan idi. Plutarx gənc yaşlarından müxtəlif elmləri və fəlsəfəni öyrənmiş, platonçu filosof Ammoniusun öyrəncisi olmuşdur. Sonralar isə o, öz evində gəncləri ətrafına yığaraq onlarla fəlsəfi dərslər keçirmiş. O, həmçinin başqa yerlərə səfərlər etmiş, tez-tez Romada olmuş, imperiyanın yüksək zümrələri arasında tanınmışdır. İmperator Traianus ona himayəçilik etmişdir.
Popart
Pop-art və ya pop sənəti (ing. pop art, popular art sözünün qısaldılmış forması — populyar və ya təbii incəsənət) — 1950–1960-cı illərdə Qərbi Avropa və ABŞ-də abstrakt ekspressionizmə əks reaksiya kimi meydana gəlmiş təsviri incəsənət istiqaməti, partlayış, şok effekti əmələ gətirən incəsənət. "Pop-art" terminini ilk dəfə 1966-cı ildə ingilis kritiki Lourens Elleoueya işlətmişdir. Pop-art incəsənətdə bədii cərəyan kimi 1950-ci illərin 2-ci yarısından ABŞ və Qərbi Avropa ölkələrində meydana gəlmişdir. Cərəyanın əsasını ABŞ-də Robert Rauşenberq, Roy Lixtenşteyn, Casper Cons, Ceys Rozenkvist, Klas Oldenburq, Cim Dayn, Endi Uorhol, Böyük Britaniyada Piter Bleyk, Riçard Hamilton və b. qoymuşdur. Pop-art nümayəndələrinin "əsərlərində" bədii obrazlar real həyatdan götürülmüş əşyalar yığımı ilə əvəz olunur, beləliklə də natura, əşya "əsərin" əsas (bəzən də yeganə) komponenti kimi nümayiş etdirilir. Pop-art nümayəndələri adi məişət əşyalarını, kitab və jurnallardan kəsilmiş şəkilləri, plastik materiallardan düzəldilmiş ərzaq məmulatını kompozisiyaya daxil edir, bəzən rəngli şəkillər üzərinə metal, ağac, zinət əşyakarı qeyri-məntiqi şəkildə yapışdırmaqla kompozisiya yaradırlar. Pop-art — populyar, ötəri, hazırcavab, tez unudulan, seksual və gəncdir. — Riçard Hamilon.
Plutarx (Afinalı)
Afinalı Plutarx (yun. Πλούταρχος ὁ Ἀθηναῖος, 350, Afina, Axeya – 430-cu illər, Afina, Axeya) — antik filosof, neoplatonçuluğun Afina məktəbinin yaradıcısı. Aristotelin və Platonun əsərlərinə şərhlər yazmış, ancaq oonlar dövrümüzə gəlib çatmamışdır. Onun yaradıcılığı haqqında yazan başqa yazarlara görə öz əsərlərində Plutarx Artistotel və Platonun fəlsəfələrini bir-birinə uyğunlaşdırmağa çalışmışdır. Plutarx Plotinin və ümumiyyətlə yeni-platonizmin Vahid-Əql-Ruh üçlüyü haqqında təliminini təkmilləşdirmiş, onu Platonun “Parmenides” dialoqundakı hipotezlərinə ("Platon" məqaləsinə bax) uyğunlaşdırmışdır. Plotində bu üçlüyün maddə və dünya ilə necə bağlı olduğu dəqiq verilməmişdir. Buna görə də, Plutarx varlıq haqqında baxışlarında bu üçlüyü əsas götürərək ona maddənin eidosunu (yun. εἶδος – ideyasını) və özünü əlavə etmişdir. Bundan başqa Plutarx Platonun “Parmenides” dialoquna uyğun olaraq buraya başqa hipotezlər də əlavə etmişdir. Plutapx həm də fantaziya haqqında fikirlər irəli sürmüşdür.