Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Podzol torpaqlar
Podzol torpaqlar — Avrasiya və Şimali Amerikada əsasən iynəyarpaq meşələr altında yayılan torpaq tipi. Bu meşələrdə ot örtüyü adətən olmur və torpağın səthi ölü örtüklə — meşə döşənəyi ilə örtülü olur. == Genezisi == Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir. == Morfoloji tərkibi == Torpağın yuxarı hissəsində ilkin və törəmə mineralların parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara və qrunt suyuna aparılmasıdır. Bu torpaqların üst meşə döşənəyi ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasında formalaşmışdır. Onların tərkibində kalsium, azot, çətin parçalanan birləşmələr vardır.
Katolski Posol
Katolski Posol ( Katolski Posoł) — Sorb kilsə qəzeti. Qəzetin naşiri Kiril və Methodiusun Sorb Cəmiyyətidir. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir. == Tarixi == Həftəlik 1863-cü ildə Mixal Qornik tərəfindən təsis edilib. Katolski Posol, "Katolik Serblər Assosiasiyası" (bu gün - Müqəddəs Kiril və Methodius Cəmiyyəti) sosial-mədəni təşkilatının köməyi ilə nəşr edilmişdir. 1923-cü ildə Meissen yeparxiyasının bərpa edilmiş ilk sinodunda qəzet kilsə əleyhinə meyllərdə ittiham edildi. Bundan sonra keşiş Yakub Skalinin təklifi ilə Kiril və Methodius cəmiyyətinin nəzarətinə keçib. 1939-cu ildən Milli Sosializm dövründə qəzet qadağan edildi. Müharibədən sonra katolik qəzeti üçün ADR hakimiyyət orqanlarından lisenziya almaq çox çətin idi. Yalnız 1950-ci ildə lisenziya qəzetə qaytarıldı, çünki Sovet hərbi rəhbərliyi və ADR hakimiyyəti kilsə mətbuatına mənfi münasibət bəsləyirdi.
Mariya Viktoriya dal Pozzo
Mariya Viktoriya dal Pozzo (it. Maria Vittoria Carlotta Enrichetta Giovanna dal Pozzo della Cisterna) (9 avqust 1847, Paris, Fransa – 8 noyabr 1876, San-Remo, İtaliya krallığı) — İtalyan əsilzadəsi və İspaniya kralının xanımı. == Mənbə == de Badts de Cugnac, Chantal. Coutant de Saisseval, Guy. ‘’Le Petit Gotha’’. Nouvelle Imprimerie Laballery, Paris 2002, p.
Paolo dal Pozzo Toskanelli
Paolo Toskanelli (tam adı it. Paolo dal Pozzo Toscanelli; d. 1397, Florensiya – ö. 10 may 1482) — İtalyan alimi; məşhur riyaziyyatçı, astronom və coğrafiyaçıPaolo Toskanelli nəinki Apennin yarımadasında yerləşən krallıqlarda, hətta bütün Avropada alimlər arasında nüfuz sahibi sayılırdı. O, Yer planetinin kürə şəklində olmasının tərəfdarı idi. O, Hindistana qərb yolu ilə gedib çatmaq ideyasını irəli sürmüş, humanist Nikkolo Nikkolini tərəfindən əhalinin ümumi istifadəsi üçün yaratdılmış kitabxananın qoruyucusu və rəhbəri olmuşdur. Alim astronomik XIII əsrə aid "Alfonso cədvəli"ndə astrologiya elemetlərinin tənzimlənməsi və düzəlişini etmişdir. == Həyatı == Doktor Dominik Toskanellinin oğlu olan Paolo 1397-ci ildə Florensiyada anadan olmuşdur. Həm riyaziyyatçı, həm də tibb doktoru kimi Padua Universitetindən məzun olmuşdur. == Fəaliyyəti == === Xəritəsi === Portuqal kralı V Alfonsa Yerin kürə şəkildə olmasını və Hindistana qərb yolu ilə getməyin mümkünlüyünü Paolo Toskanelli belə bildirmişdir: "Mən bilirəm ki, Yer kürə şəklində olan halda bu yolun mövcudluğu təsdiq oluna bilər.