Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polietilen
Polietilen dünyada ən geniş yayılmış plastik növüdür və illik təxminən 80 milyon ton beynəlxalq istehsal vardır. 1898-ci ildə diazometanı tədqiq edən Alman kimyaçı Hans Von Pechmann tərəfindən təsadüfən hazırlanmışdır. Polietilen - (-CH2-CH2-)n, bərk ağ rəngli, termoplastik, əl ilə yoxladıqda bir qədər yağlıtəhər materialdır, parafini xatırladır. Polimerin öz quruluşuna görə böyük molekul kütləsinə malik doymuş karbohidrogen (parafin) olduğu nəzərə alınsa, bu oxşarlığı başa düşmək olar. Polietilen maviyəçalan zəif parlaq alovla yanır. Turşuların, qələvilərin, oksidləşdiricilərin (kalium-permanqanatın) məhlulları ona təsir etmir. Qatı nitrat turşusu polietileni parçalayır. Polietilendən elektrik izolyatoru kimi istifadə edilir. Polietilen plyonkalar su və qaz keçirmir, ona görə də qida maddələrini qablaşdırmaq üçün material kimi istifadə edilir. Polietilen plyonkalardan, eləcə də kənd təsərrüfatında şitillərin şaxtadan qorunması üçün istixanaların tikilişində istifadə olunur.