Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Polimarfizim
Polimorfizm- Eyni tərkibli kristallik maddələrin müxtəlif quruluşda olması hadisəsinə polimorfizm deyilir. Eyni bir tərkibli maddənin müxtəlif quruluş variantlarına isə modifikasiya və ya polimorf forma deyilir. Qeyd etmək lazımdır ki, hər bir polimorf modifikasiya bir-birindən təkcə onlarda atomların müxtəlif qaydada paylanması ilə deyil, həm də onların fiziki-kimyəvi xassələrinin fərqli olmasıdır. Eyni bir maddənin müxtəlif modifikasiyaları bir qayda olaraq, yunan hərfləri olan α, β, γ…ilə ifadə olunur. Məs: α-kvars, β-kvars, α-kükürd, β-kükürd və s. Bəzi hallarda polimorf modifikasiyaları rum rəqəmləri ilə də göstərirlər. Məs: qalay-I, qalay-II. Qeyd etmək lazımdır ki, polimorf modifikasiyaların daha məqsədəuyğun olması üçün Pirson simvolları ilə ifadə edilməsi də maraqlıdır. Pirson simvolları kristallik maddənin polimorf modifikasiyasını, sinqoniyasını bildirən kiçik hərfrlərlə brave qəfəsi simvolu ilə və qəfəsə düşən molekulanın sayı ilə ifadə olunur. Məs. Kükürd-S- of 128 quruluşun ortorombik sinqoniyaya aid olmasını, Brave qəfəsinin üzdə mərkəzləşmiş olmasını və kristal qəfəsə düşən molekulanın sayının 128 olmasını ifadə edir.