Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Korbelen
Korbelen (fr. Corbelin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Pon-de-Bovuazen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38043. Kommunanın 1999-cu il üçün əhalisi 2079 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Qonselen
Qonselen (fr. Goncelin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38181. Kommunanın 1999-cu il üçün əhalisi 89 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 60 km cənubda, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
Elen Parmelen
Elen Parmelen (fr. Hélène Parmelin; d. 19 avqust 1915, Nansi, Fransa – ö. 5 fevral 1998, Paris, Fransa) — fransız qadın yazıçı == Həyatı == Elen Parmelen 19 avqust 1915-ci ildə Fransanın Nansi şəhərində anadan olub. 1957-ci ildə Azərbaycanda olmuşdur. 5 fevral 1998-ci ildə Fransanın Paris şəhərində vəfat edib. == Yaradıcılığı == 1944–1956-cı illərdə "Humanite" qəzetində əməkdaşlıq etmişdir. "2078 nömrəli əsgər" (1953) sənədli povesti Vyetnamda müstəmləkəçilik müharibəsi əleyhinə mübarizədən bəhs edir. "Leonar özgə aləmdə" (1957), "Məşhur əsgər" (1962), "Əyləncəli şeylər" (1967), "Qara əda" (1970) və s. sosial mövzulu romanların müəllifidir.
Marselen Bertlo
Bertlo Pyer Ejn Marsele (25 oktyabr 1827[…], Paris[…] – 18 mart 1907[…], Paris) – fransız kimyaçısı, akademik, dövlət xadimi. 1827-ci ildə anadan olmuşdur. 1854-cü ildə stearin, palmitin, olein və digər yağların analoqlarını sintez etmişdir. Həmin ildə etileni hidratlaşdırmaqla etil spirtini, 1851-ci ildə benzol, fenol, naftalini, 1862-ci ildə su və karbon (II)oksiddən qarışqa turşusunu almışdır. Asetilen əsasında bir sıra aromatik karbohidrogenləri almağa nail olmuşdur.
Marselen Debuten
Marselen Jilber Debuten (fr. Marcellin Gilbert Desboutin; 26 avqust 1823[…], Seriyi, Alye – 18 fevral 1902[…], Nitsa) — fransız rəssam və qrafikçi. == Həyat və yaradıcılığı == M. Debuten, XVIII Lyudovikin qəyyumluq korpusunun zabiti Bartelemi Debutinin və baronessa Anne-Sofi-Dalii Fraj de Roşfor oğlu idi. Bu vəziyyətlə əlaqədar sənətçi bəzən Baron de Roşfortu kimi əsərlərini imzalayırdı. Stanislav Paris Kollecində sənət təhsili almışdır. Daha sonra ilk növbədə ədəbi və dramatik əsərləri əks etdirən bir qrafik kimi işləmişdir. 1845-ci ildə Debuten heykəltaraş Luis-Julesun studiyasına daxil oldu və Parisin Gözəl Sənətlər Məktəbində təhsil alıb burada rəsm əsərləri yaratmağa davam etdi. Məzuniyyətdən sonra Böyük Britaniya, Belçika, Hollandiya və İtaliyaya səfər etmişdir. 1857-ci ildə sənətçi Florensiya yaxınlığında, Ombrellino əmlakına yerləşdi.
Kristian Ponsele
Kristian Ponsele (fr. Christian Poncelet; 24 mart 1928[…] – 11 sentyabr 2020[…]) — konservativ fransız siyasətçisi, 1998-2008-ci illərdə Fransa Senatının Prezidenti. Fransa prezidenti Nikola Sarkozinin rəhbəri olduğu Xalq Hərəkatı İttifaqının üzvü.
Jan Viktor Ponsele
Jan Viktor Ponsele (ing. Jean-Victor Poncelet; 1 iyul 1788[…], Mets – 22 dekabr 1867[…], Paris) — Fransa riyaziyyatçısı və mexaniki; proyektiv həndəsənin əsasını qoymuşdur.
Porşen
Porşen — istilik maşınlarında tətbiq olunan maşın hissəsidir. O, qazın genişlənməsi nəticəsində yaranan təzyiqi qəbul edərək onu mexaniki enerjiyə çevirir. Porşenlər adətən çarxqollu-sürgüqollu mexanizminə qoşulur. Həmçinin silindrin təmizlənməsi və doldurulmasında da iştirak edir. Kompressorlarda isə onun funksiyası əksinədir. Çarxqolu-sürgüqolundan alınan hərəkət nəticəsində porşen qazı sıxır. Porşen üç hissədən ibarətdir: Dib hissəsi, burada yanma prosesi baş verir. Kipləşdirici hissə, bunun köməyi ilə porşen və silindrin divarları arasında tam kiplik yaradılır ki, sıxma prosesi baş verə bilsin. Yönəldici hissə porşenin silindr boyunca hərəkətini nizamlayır.Porşenlər çuqun və alüminium legirlərindən hazırlanırlar. Onun materialı tətbiq olunduğu sahədən asılı olaraq həm yüksək möhkəmlik, həm də istiyə davamlılıq göstərməlidir.