Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poruçik
Poruçik (rus. поручик, pol. porucznik, çex. poručík) — kiçik zabit heyətində hərbi rütbə.
Portik
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Ponçik
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Təzəkənd-i Poruç (Miyanə)
Təzəkənd-i Poruç ({{lang-fa|}تازه كندپروچ}) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (18 ailə).
Andraş Töröçik
Andraş Töröçik (mac. Törőcsik András; 1 may 1955, Budapeşt, Macarıstan – 9 iyul 2022) — hücumçu mövqeyində çıxış etmiş keçmiş Macarıstan futbolçusu. Ləqəbləri – Törö və Kese. Andraş Töröçik ən çox "Uypeşt-Doja" futbol klubundakı performasına görə tanınır. 1978-ci il FİFA Dünya Kuboku və 1982-ci il FİFA Dünya Kubokunun final mərhələsində Macarıstan milli futbol komandasında çıxış etmişdir. == Karyera == === Klub === Andraş Töröçik 12 yaşında ikən "Vaşutaş" futbol klubunun heyətini qoşulmuşdur ki, o, burada düz 7 il çıxış etmişdir. O, 1974-cü ilin yayında Macarıstanın paytaxtı Budapeşt şəhərini təmsil edən "Uypeşt-Doja" futbol klubuna transfer olunmuşdur. Yaxşı texnikası, vurduğu qollar və rəqibə gözlənilməz təhlükə yaratmaq bacarıqlarına görə Andraş Töröçik çox keçmədən komandanın liderlərindən birinə çevrilmişdir. "Uypeşt" futbol komandasının heyətində çıxış etdiyi dövrdə Andraş Töröçik Futbol üzrə Macarıstan Çempionatında üç dəfə birincilik yaşamış, bir dəfə isə Futbol üzrə Macarıstan Kubokunu qazanmışdır. "France Football" jurnalına görə Andraş Töröçik iki dəfə – 1977-ci ildə və 1981-ci ildə Avropanın ən yaxşı futbolçuları arasında yer tutmuşdur.
Vinçenso Perucia
Vinçenso Perucia (it. Vincenzo Peruggia; d. 8 oktyabr 1881, İtaliya - ö. 8 oktyabr 1925, Fransa) — "Mona Liza"nı tarixi vətəninə qaytarmaq arzusuyla oğurlamış şəxs; italyan rəssam və dekorator. == Əsrin oğrusu == Vinçenso Perucia XX əsrin ən səs-küylü oğurluğunun baş qəhrəmanıdır. O, 1911-ci il avqustun 21-də Parisdəki "Luvr" muzeyindən dahi italyan rəssamı Leonardo da Vinçinin şedevri - "Mona Liza" rəsmi oğurlamışdır. Həmin vaxt o, Luvr muzeyinin sabiq əməkdaşı idi. Milliyyətcə italyan olan rəssam və dekorator Vinçenso Perucia üçün "Cokonda"nı oğurlamaq heç çətin olmamışdır. Perucia, sadəcə, muzeydəki şkafların birində gizlənərək iş vaxtının bitməsini gözləyib. Daha sonra şəkli divardan çıxararaq muzeyi tərk etmişdir.