Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Possessed
Possessed — 1983-cü ildə qurulmuş Amerikan death metal qrupudur.Jeff Becerra'nın sürətli vokalları ilə seçilən Possessed ilk death metal qruplarından biri sayılır.Qrup həm də gələcəkdə Primus qrupunda çıxış edəcək olan gitarist Larry LaLonde'nin ilk qruplarından olması ilə seçilir.Larry Possesseddə 1984-1987-ci illər aralığında gitaristlik etmişdir.
Prosessor
Prosessor — kompüter üzərində edilən bütün arfimetik və məntiqi əməliyyatlar bu qurğu tərəfindən reallaşdırılır və nəzarət edilir. Prosessorlar ana kartın ortasında olan və xüsusi olaraq hazırlanan CPU yuvası və ya prosessorsocketi deyə adlandırılan hissəyə birləşdirilir. Mikroprosessor bir neçə santimetr ölçüdə mikrosxem olub, kompüterə daxil olan informasiyanın təhlilini, hesablanmasını, emalını və ötürülməsini təmin edir. Kompüter üzərində edilən bütün əməliyyatlar, bu vahid tərəfindən reallaşdırılır və nəzarət edilir. Mikroprosessor bəzən mərkəzi prosessor (CPU – Central Prosessor Unit – Mərkəzi Prosessor Modulu) da adlanır. CPU kompüterin beynidir və vəzifəsi tapşırıqları tezliklə yerinə yetirməkdir. CPU işləyərkən qızdığı üçün onun üzərinə ventilyator yerləşdirilər. Prosessorun (CPU) sürəti, yəni takt tezliyi hz (hers) ilə ölçülür. Fərdi kompüterdə bütün informasiyanı emal edən mərkəzi prosessor giriş informasiyasını çıxış informasiyasına çevirərək proqram vasitələrinin idarəsi altında işləyir. Kompüterlərin ayrı-ayrı modellərində iki qabaqcıl dünya istehsalçılarının Intel və AMD şirkətlərinin müxtəlif prosessorları istifadə olunur.
Mərkəzi prosessor

Qrafik prosessor
Qrafik Prosessor Modulu — Qrafik generasiya vahidi ya da qısaca GPU (GPU – (ing. graphics processing unit) fərdi kompüter, iş stansiyaları və ya oyun konsollarında qrafik yaradılması üçün istifadə cihazıdır . Müasir GPU-lar kompüter qrafikalarını emal etməkdə və görüntüləməkdə son dərəcə məhsuldardır və yüksək paralel strukturlarını kompleks alqoritmlər üçün CPU-dan daha təsirli edər. GPU ekran kartının üstündə ola biləcəyi kimi ana plataya bağlanmış halda da ola bilər. Qrafik prosessor – (ing. graphics processor, ru. графический процессор GPU'ların ən qüvvətli tipi olub, ümumiyyətlə anakart üstündəki PCI Express (PCIe) ya da Accelerated Graphics Port (AGP) kimi genişləmə slotlarına taxılır və bu sayədə asanlıqla son versiyası ilə dəyiştirilə bilər. Nvidianın SLI ya da AMD CrossFire texnologiyası birdən çox qrafik kartının eyni anda istifadə əməliyyat gücünün artırılmasına imkan verir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.