Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mostar
Mostar (bosn. Mostar, serb. Мостар, xorv. Mostar) — Bosniya və Herseqovinada şəhər. Herseqovina-Neretva Kantonun mərkəzi.
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. == Tarix == XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Antoon Postma
Antoon Postma (28 Mart 1929 – 22 Oktyabr 2016) — Niderlandlı antropoloq. Ərə getdikdən sonra Hanunuolar arasında yaşamağa başlamışdır. Filippinin Mindoro şəhərində yerləşən manqyan qəbiləsində yaşayırdı. Onun ən böyük işi Laquna Mis Yazılarını ilk dəfə oxumaq olmuşdur. Hanunuolara məxsus olan bu yazıları qorumaq üçün əlindən gələni etmişdir. == İstinadlar == == Xarici keçidlər == Santos, Hector. "Sulat sa Tanso: Antoon Postma's Translation". A Philippine Leaf. 1995. İstifadə tarixi: 2008-07-30.
Mostar Universiteti
Mostar Universiteti (xorv. Sveučilište u Mostaru, lat. Universitas Studiorum Mostariensis) — Bosniya və Herseqovinanın Mostar şəhəri, Rodno rayonu ərazisində yerləşən universitet. Ölkədə olan yeganə universitetdir ki, bütün təhsil prosesi xorvat dilində aparılır. Mostar Universitetinin kökləri Franciskan ilahiyyat məktəbinin yaradıldığı 1895-ci ilə aiddir. 1950-ci ildə Mostarda ali təhsil məktəbi təşkil olunur. 1959-cu ildə Ali texniki məktəb, 1960-cı ildə isə ali kənd təsərrüfatı məktəbi təşkil olumuşdur. Universitet 11 fevral 1977-ci ildə təşkil olunmuşdur. İlk əvvəllər Camal Biediç adını daşıyırdı. O, bir dövlət xadimi olaraq 1977-ci ildə avia qəzada həlak olmuşdur.
Mostar körpüsü
Mostar körpüsü (bosn. Stari most; türk. Mostar Köprüsü) — Bosniya və Herseqovinanın Mostar şəhərindən keçən Neretva çayı üzərində Memar Sinanın şagirdi Memar Xeyrəddin tərəfindən 1566-cı ildə inşa edilən körpüdür. Bu körpü Bosniya müharibəsi zamanı Xorvat hərbi qüvvələri tərəfindən 1993-cü ilin noyabrın 9-da dağıdılıb. Sonralar körpünün yenidən tikilməsi üçün layihə hazırlandı. Körpü 23 iyul 2004-cü ildə—yenidən bərpa olunduqdan sonra açıldı. Bu körpü ölkənin ən çox tanınan görməli yerlərindən biri kimi, həmçinin Balkanlarda İslam memarlığının ən nümunəvi əsərlərindən sayılır. == Xüsusiyyətləri == Neretva çayından 24 metr yüksəklikdə, 30 metr uzunluğunda və 4 metr enində olan Mostar Körpüsü, dövrünə görə inkişaf etmiş bir texnologiyayla inşa edilib. Körpünün tikintisində 456 qəlib daş istifadə edilib. Körpünün tağları tenelija kimi tanınan yerli daşdan tikilib.
Mostar şəhəri
Mostar (bosn. Mostar, serb. Мостар, xorv. Mostar) — Bosniya və Herseqovinada şəhər. Herseqovina-Neretva Kantonun mərkəzi.
Dostlar (film, 1934)
== Məzmun == Kinopovest uşaqların sosialist mülkiyyətinə ehtiyatlı münasibəti haqqındadır. Müəlliflər üçün əsas mövzu kəndə traktorun ilk dəfə gətirilməsi olmuşdur. Pioner Muxtar yoldaşları ilə birgə traktorun mexanizmini, onu işlətmək, saz saxlamaq qaydalarını öyrənir, eyni zamanda həmkəndlilərini kənddə baş verə biləcək hər hansı təhlükə barədə xəbərdarlıq edir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Leonid Perelman Quruluşçu rejissor: Ağarza Quliyev Quruluşçu operator: İvan Manakov Quruluşçu rəssam: G.Əliyev İkinci operator: Mirzə Mustafayev === Rollarda === Xeyri Əmirzadə — traktorçu Həqiqət Rzayeva — ana Əlisəttar Məlikov == Mənbə == Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 120. Кино: Энциклопедический словарь / Гл.
Dostlar (teleserial, 1994)
Dostlar (ing. Friends) - NBCdə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 22 sentyabr 1994-ci ildə yayımlanmışdır. 10 mövsüm davam etmişdir. Manhettendə yaşayan bir qrup dostun həyatı ətrafı haqqında danışılan serial Warner Bros. Televiziya şirkəti ilə əlaqəli Bright/Kauffman/Crane Productions-ın istehsalıdır. Onun icraçı prodüserləri Kevin S. Bright, Marta Kauffman və David Crane-dir. Kauffman və Crane 1993-cü ilin noyabr-dekabr aylarında Insomnia Cafe adı altında Dostlar üçün ilk dizaynları hazırladılar. Onlar ideyanı Brighta göstərdilər və üçü birlikdə yeddi səhifəlik layihəni NBC-yə təqdim etdilər. Bir çox ssenari dəyişikliyindən və adının bizim kimi Dostlar olaraq dəyişdirilməsi kimi yenidən yazılmasından sonra serial nəhayət Dostlar adlandırıldı.
Dostlar Görüşəndə (1980)
Yaxın Dostlar (teleserial)
ABŞ və Kanada istehsalı olan serialdır. Serial xüsusilə çoxlu erotik səhnələrlə zəngindir və daha çox homoseksual həyatı əks etdirir. == Məzmun == İlk seria bir gey klubunda rastlaşan 4 dostla başlayır. Brayn 35 yaşlı bir gəncdir Castin isə 17 yaşlı yeniyetmə. Bir gün Castinlə sekslə məşğul olan Brayn üçün əvvəllər bu sadəcə həzz idi. Lakin zaman keçdikcə Castinə aşiq olan Brayn, hisslərinin ona qarşı güclü olduğunu görür.
Mostar Duvno yeparxiyası
Mosta Duvno yeparxiyası (bosn. Mostarsko-duvanjska biskupija, lat. Dioecesis Mandetriensis-Dumnensis) — mərkəzi Bosniya və Herseqovinanın Mostar şəhərində yerləşən və Roma adətini saxlayan katolik yeparxiya. == Tarixi == Xristianlıq V-VI əsrlərdə müasir Bosniya və Herseqovinanın ərazisində yayılmağa başlandı. Bu dövrdə, Salona (müasir Split) arxiyeparxiyasından asılı olan bir neçə yeparxiya quruldu, o cümlədən qədim Duvno şəhərindəki (müasir Tomislavqrad) yeparxiya. XV əsrin ikinci yarısında Bosniya və Herseqovina türklərin hakimiyyəti altına keçdi və əhalinin kütləvi şəkildə islamlaşdırılması baş verdi. 1663-cü ildə Duvno Yeparxiyası rəsmi olaraq ləğv edildi. Herseqovinada katolik quruluşlar yalnız XIX əsrin ortalarında təzədən yaranmağa başlandılar. 1846-cı ildə Herseqovinanın apostol vikariatı təşkil edildi. Bosniya və Herseqovinanın Avstriya-Macarıstana birləşdirildiyi 1878-ci il Berlin konqresindən sonra ordinar strukturların yaranması üçün fürsət yarandı.
Oqaki Poster Muzeyi
Yaponiya Milli Poster Muzeyi (日本国際ポスター美術館, Nihon Kokusay Posuta Bicutsukan) və ya Oqaki Poster Muzeyi – Yaponiyanın Gifu prefekturasının Oqaki şəhərində yerləşən muzey. Yaponiyada poster incəsənətinə həsr olunmuş ilk və yeganə beynəlxalq muzeydir. == Tarixi == Dünyada ilk poster muzeyi 1968-ci ildə Varşavada açılmışdır və Polşa poster incəsənəti sahəsi üzrə qabaqcıl ölkələrdən birinə çevrilmişdir. Polşada keçirilən poster sərgiləri Yaponiyada da poster incəsənətinin inkişafına təkan vermişdir. 1985-ci ildən etibarən Oqakidə posterlərə həsr olunmuş sərgilər keçirilməyə başlanmışdır. 25 oktyabr 1996-cı ildə Oqaki Poster Muzeyinin açılışı baş tutmuşdur. == Xüsusiyyətlər == Muzeydə posterlərin rəqəmsal verilənlər bazası yaradılmışdır. Burada poster sənətçilərinin sərgiləri fərdi keçirilir, müxtəlif ölkələrə aid posterlər sərgilənir. Bundan əlavə, Anri de Tuluz-Lotrek və Jül Şere kimi poster sənətinin qurucusu olmuş şəxslərin işləri də muzeydə nümayiş etdirilir. Muzeydə 10.000-dən çox poster saxlanılır.
Dostlar görüşəndə (film, 1980)
Fosterin xəyali dostlar evi
Fosterin xəyali dostlar evi ("Fosterin evi" olaraq da tanınır) — Creyk Makkreyken tərəfindən "Cartoon Network" üçün yaradılmış amerikan animasiya serialı. == Süjet == "Fosterin xəyali dostlar evi" uşaqların xəyali bir dost xəyal edən kimi həmin dostun fiziki forma alaraq canlandığı bir dünyadır. Uşaqlar böyüyəndən sonra xəyali dostlar başqa uşaqlar tərəfindən sahiblənməsi üçün bir növ sığınacağa — Fosterin evinə aparılır. Ev yaşlı, sevimli və mehriban qurucu madam Foster tərəfindən idarə olunur. Onun xəyali dostu dovşan mister Herriman sərt təbiətli ev meneceridir, nəvəsi Firanki isə günlük işlərlə məşğuldur. Anası onun xəyali dost üçün çox böyük olduğunu düşündüyü üçün səkkiz yaşlı oğlu Maka xəyali dostu Blunu tərk etməsi üçün təzyiq göstərir. Mak bir televiziya reklamında gördükdən sonra Blunu Fosterin evinə aparanda öyrənir ki, əgər Blu burada yaşasa, başqa bir uşağa verilə bilər. Mak daha sonra Franki, mister Herriman və madam Foster ilə uzun danışıqlardan sonra onları razı sala bilir ki, Mak hər gün buranı saat 3-də ziyarət etdiyi müddətcə heç kəs Blunu buradan apara bilməz. Beləliklə, Mak hər gün dərsdən sonra Fosterin evini ziyarət etməyə başlayır. Bu ziyarətlər əsnasında çox maraqlı macəralar yaşanır.
Yaxın dostlar (teleserial, 2000)
ABŞ və Kanada istehsalı olan serialdır. Serial xüsusilə çoxlu erotik səhnələrlə zəngindir və daha çox homoseksual həyatı əks etdirir. == Məzmun == İlk seria bir gey klubunda rastlaşan 4 dostla başlayır. Brayn 35 yaşlı bir gəncdir Castin isə 17 yaşlı yeniyetmə. Bir gün Castinlə sekslə məşğul olan Brayn üçün əvvəllər bu sadəcə həzz idi. Lakin zaman keçdikcə Castinə aşiq olan Brayn, hisslərinin ona qarşı güclü olduğunu görür.
Salam, dostlar (cizgi filmi, 1943)
Salam dostlar (ing. Saludos Amigos) — 1943-cü ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir.
Fosterin xəyali dostlar evi (teleserial, 2004)
Fosterin xəyali dostlar evi ("Fosterin evi" olaraq da tanınır) — Creyk Makkreyken tərəfindən "Cartoon Network" üçün yaradılmış amerikan animasiya serialı. == Süjet == "Fosterin xəyali dostlar evi" uşaqların xəyali bir dost xəyal edən kimi həmin dostun fiziki forma alaraq canlandığı bir dünyadır. Uşaqlar böyüyəndən sonra xəyali dostlar başqa uşaqlar tərəfindən sahiblənməsi üçün bir növ sığınacağa — Fosterin evinə aparılır. Ev yaşlı, sevimli və mehriban qurucu madam Foster tərəfindən idarə olunur. Onun xəyali dostu dovşan mister Herriman sərt təbiətli ev meneceridir, nəvəsi Firanki isə günlük işlərlə məşğuldur. Anası onun xəyali dost üçün çox böyük olduğunu düşündüyü üçün səkkiz yaşlı oğlu Maka xəyali dostu Blunu tərk etməsi üçün təzyiq göstərir. Mak bir televiziya reklamında gördükdən sonra Blunu Fosterin evinə aparanda öyrənir ki, əgər Blu burada yaşasa, başqa bir uşağa verilə bilər. Mak daha sonra Franki, mister Herriman və madam Foster ilə uzun danışıqlardan sonra onları razı sala bilir ki, Mak hər gün buranı saat 3-də ziyarət etdiyi müddətcə heç kəs Blunu buradan apara bilməz. Beləliklə, Mak hər gün dərsdən sonra Fosterin evini ziyarət etməyə başlayır. Bu ziyarətlər əsnasında çox maraqlı macəralar yaşanır.
Roştxar
Roştxar— İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Roştxar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,123 nəfər və 1,278 ailədən ibarət idi.
Roştxar şəhristanı
Roştxar şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Roştxar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 57,247 nəfər və 13,519 ailədən ibarət idi.
Poşta Română
Rumıniya poçtu (rum. Poşta Română) — Rumıniyada milli poçt xidmətləri təminatçısıdır. Ölkə ərazisindəki yeganə bir xidmət təminatçısıdır. Poșta Română əlavə dəyərli poçt və mətbuat xidmətlərinin sərbəst bazarında rəqib olaraq aktivdir. Fəaliyyətinin əsas obyektlərini əlverişli şəraitdə, yəni xarici ticarət, təchizat, tədqiqat və texnoloji və informasiya dizaynında həyata keçirmək üçün lazımlı fəaliyyətləri həyata keçirir. Xidmətlərinə həmçinin tibbi xidmətlər, təhsil və sosial-mədəni xidmətlər və s. daxildir. == Təsviri == Şirkət Rumıniyada poçtların çatdırılmasına, poçt markalarının buraxılmasına cavabdehdir. Ayrıca logistika, valyuta mübadiləsi, proqram təminatı və məsləhət xidmətləri də daxil olmaqla bir sıra digər xidmətlər təqdim edir. == Tarixi == Rumıniya torpaqlarında poçt xidmətlərinin mövcudluğunu təsdiqləyən ilk sənəd I Mirkeya tərəfindən 1399-cu ildə Curcuda nəşr edilmiş nizamnamə idi.