Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Multi-kod idarəli xətti prediktor
Multi-kod idarəli xətti prediktor, (ing. Code Excited Linear Prediction), rus. Линейное предсказание с мультикодовым управлением) – nitq siqnallarının kodlaşdırılması alqoritmi 1985-ci ildə Manfred Şröder və Bişnu Atal tərəfindən təklif edilmişdir. Həmin dövrdə bu alqoritm RELP və LPC audiokodekləri (məsələn, FS-1015) kimi aşağı bit sürətli alqoritmlərlə müqayisədə daha yaxşı keyfiyyət təmin edirdi. ACELP, RCELP, LD-CELP və VSELP kimi variantları ilə birlikdə hazırda ən geniş istifadə edilən nitq kodlaşdırma alqoritmidir. Hazırda CELP konkret kodek üçün deyil, alqoritmlər sinfi üçün ümumi termin kimi istifadə edilir. İmamverdiyev Y. N., Suxostat L. V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı, 111 səh.
Acer Predator
Acer Predator — oyunçular üçün hazırlanan Acerə məxsus kompüter modelləri seriyası. 2008-ci ildə Acer Aspire Predator adı altında yüksək performanslı stolüstü kompüterləri satışa çıxaran seriyanın adı daha sonradan Acer Predator olaraq dəyişdirilmişdir. Seriya futuristik kompüter şassisi və yüksək performans ilə xarakterizə olunur. 2016-cı ildə notbuk və stolüstü kompüterlərlə yanaşı, oyunçular üçün dizayn edilmiş aksessuarlar da satışa buraxılmışdır. Acer Predator adətən Lenovo Legion, Dell's G seriyası, Alienware, HP-nin Omen və Asus ROG seriyaları ilə müqayisə olunur.
General Atomics MQ-1 Predator
General Atomics MQ-1 Predator əvvəllər ABŞ Hərbi Hava Qüvvələri və CIA tərəfindən istifadə edilmiş PUA. 1990-cı illərdə sadəcə olaraq müşahidə və önkəşfiyyat məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulan MQ-1 Predator daha sonra yeni kameralar və döyüş raketləri ilə modifikasiya edilmişdir. 1995-ci ildən bu dövrə qədər Əfqanıstan, Pakistan, Bosniya, Serbiya, İraq və Yəməndə mübarizə aparmışdır. Vahidinin qiyməti 4.5 milyon olan bu PUA-lardan təxmini olaraq 360 ədəd istehsal edilmişdir.