Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Erogen zona
Erogen zona — insan bədəninin bir hissəsi hesab edilir. Erogen zonalar insan orqanizmində cinsi həssaslığı artıran hissələr sayılır. Cinsi fantaziyalar, cinsi oyanma və orqazm kimi cinsi reaksiyalar yarada bilər. Başqasının erogen zonasına toxunmaq fiziki yaxınlıq aktı hesab olunur.
Orogen dövr
Orogen dövr — Ştilleyə görə Yer qabığının anormal inkişaf dövrü. Bəzi tədqiqatçılara (Mossakovski, 1965) görə orogen dövr üç mərhələyə ayrılır: I-alt molasslar mərhələsi, II-dağəmələgəlmə mərhələsi, III-üst molasslar mərhələsi. Digər alimlər yer qabığının yaranması tarixində orogen və epeyrogen mərhələlərinin növbələşməsini mümkün saymırlar. Şatskiyə görə (1937), bu proseslər eyni vaxtda baş verir və bir-biri ilə sıx əlaqədə olur. Tipik orogen (qırışıqəmələgəlmə) hərəkətləri arasında tədrici keçid vardır. == Geomorofloji termin == Orogen- (rus. ороген, ing. orogen) (yun. oros- dağ və genos — əmələ gəlmə , yaranma) geosinklinalın inkişafının son mərhələsində onun yerində / epigeosinklinal orogen/, yaxud platformanın yerində onun fəallaşması mərhələsində / epiplatforma orogen/ yaranmış dağ sistemi. Ilk dəfə " orogen" termini 1921-ci ildə Avstriya geoloqu L. Kober tərəfindən geosinklinalın qalxma hərəkətləri və dağların yaranması ilə səciyyələnən ikinci inkişaf mərhələsi üçün təklif edilmişdir.
Protey amöbası
Protey amöbası (lat. Amoeba proteus ) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir. === Haqqında === Protey amöbası Amoebina dəstəsinə aid olub, sərbəstyaşayan Sarkodinlərin ən iri nümayəndəsidir. Onlar durğun, çürümüş bitki qalıqları və yarpaqla çirklənmiş sularda yaşayırlar. Bunların ölçüsü 0,5 mm -ə yaxındır. Bədən örtüyü olmadığından sitoplazma yavaş-yavaş bu və ya digər istiqamətdə doğru axır və bunun nəticəsində fərdin bədən forması daima dəyişilir. Amöbdə sitoplazma iki qata diferansasiya etmişdir. Xarici qat - ektoplazma şəffaf, qatı, homogen quruluşa malik olub, amöbün bütün bədənini əhatə edir və onu xarici təsirlərdən mehafizə etmək funksiyasını yerinə yetirir. Daxili qat - endoplazma tutqun, duru və dənəvər quruluşa malikdir. O daim hərəkətdə, yaxud axma vəziyyətində olur.
Proven (rayon)
Proven (fr. Provins) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sena və Marna. Suprefektura — Proven. Rayon əhalisi 2006-cı ildə 154 269 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 93 nəf / km². Rayon sahəsi — 1651 km².