Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Proksima b
Proksima Sentavr b – Günəş sistemindən kənarda Günəşə ən yaxın olan qırmızı rəngli Proksima Sentavr adlı kiçik ulduzun ətrafındakı fırlanan planet. NASA-nın tədqiqatları nəticəsində planetdə həyat olma ehtimalının yüksək olduğu müəyyənləşdirilib və dünyanın oxşarı ola biləcək planetdə suyun olmasına ümidləri artırıb.
Proksima Sentavr b

Proksemika
Proksemika (ing. proximity - yaxınlıq sözündəndir) və ya şəxsi məkan — ünsiyyətin məkan və zaman işarələri sistemini öyrənən sosial psixologiya və semiotikanın sahəsi. Xüsusi işarə sistemi kimi çıxış edərək, ünsiyyət prosesinin təşkili məkanı və vaxtını kommunikativ vəziyyətin tərkib hissəsi olmaqla semantik yük daşıyır. Proksemika kommunikatorlar arasındakı məsafəni öyrənir, onlar arasında ünsiyyətin xarakteri, onların emosional vəziyyəti və ünsiyyətin sosial-mədəni xüsusiyyətləri haqqında məlumat daşıyır. == Proksemika nəzəriyyəsi == Antropoloq Edvard Holl 1950-ci illərdə insanın gündəlik davranışında şəxsi məkanını tədqiq edərək bu termini “insan mikroməkanın spontan quruluşunu - subyektlərarası məkanı, evində məkanın təşkilini necə həyata keçirməsinin təhlilini təyin etmək üçün istifadə etdi." O, insanlar arasında münasibətlərin yeni anlayışına gəldi. Hər bir insanın şəxsi hesab etdiyi müəyyən bir məkan var. Ünsiyyət məsafəsi bir çox amillərdən (mənşə, mədəniyyət, şəxsi üstünlüklərdən) asılıdır. Məsafə çox kiçik və ya çox böyükdürsə, insanlar yöndəmsiz və narahat hiss edə bilərlər. Holl, hər biri yaxın və uzaqlara bölünən dörd subyektlərarası zona müəyyən etdi: intim (0-0,5 m) - qohumlar və yaxın insanlar arasında ünsiyyət üçün xarakterikdir. İntim zona iki fazaya bölünür: yaxın və uzaq.