Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Propofol
Propofol, Diprivan (ing. propofol), qısamüddətli təsirə malik, vena daxili, yuxugətirici ağ-süd rəngli suspenziv anestetik preparat. Əsasən ümumi anesteziya zamanı istifadə edilir. Propofol həm giriş (induksiya) və həm də bazis narkozu üçün, süni koma tələb olunan, süni tənnəfüsdə olan xəstələrə geniş tətbiq edilir. Kimyəvi tərkib etibarilə barbituratlara aid olmasa da anestetik effektliliyinə görə onlardan heç də əskik deyildir. Əksinə propofol vasitəsilə narkoza giriş və ondan çıxış "yumuşaq", aydın və tezdir. Propofol sırf anestetik olub, analgetik effekti demək olar ki yoxdur. Buna görə də narkoz zamanı propofol analgetiklərlə (fentanil, suffentanil, rapifen, ultiva) kombinə olunmuş şəkildə istifadə edilir. Həkimlər öz aralarında zarafatla onu "yuxu südü" də adlandırırlar. Vena daxilinə yeridilməsi çox vaxt ağrılı olduğundan yerli anestetiklərlə: 1% ksilokain ya lidokain ilə qarışdırılmış şəkildə istifadə olunur.