Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qocalma
Qocalma — bioloji proses, zamanla təbii səbəblərdən ölüm riskinin artması, orqanizminin xüsusilə çoxalma və regenerasiya qabiliyyəti kimi vacib funksiyalarının tədricən pozulması və ya itirilməsi.
Qısa qapanma
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkə­lər­də fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qa­panma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da fa­za ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzol­ya­siyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izol­ya­siyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.
Qısa qapanma (albom)
Qısa qapanma — Qaraqanın 2009-cu ildə çıxan albomu.
Gicanoba
Gicanoba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Quxuroba kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Gicanoba kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 142 nəfər əhali yaşayır.
Gican
Gican — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Gican oyk, düz. Qusar r-nunun Düztahir i.ə.v.-də kənd. Qafqaz silsiləsinin yamacındadır. Gecan variantında da qeydə alınmışdır. Oykonim gic (sərt tirə, dərin yarğan, burulğan) sözündən və -an (məkan bildirir) şək.-sindən ibarət olub, "sərt tirələrdən, dərin yarğanlardan ibarət yer" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 543 nəfər əhali yaşayır.
Qaçınma zonası
Qaçınma zonası səmanın Bizim Qalaktika tərəfindən gizlənmiş hissəsidir. Qaçınma zonası Süd yolunun Qalaktika mütəvisindən hər iki tərəfdə təxminən 10°-dir. 1878-ci ildə İngilis astronomu Riçard Proktor öz məqaləsində Con Hersşelin Dumanlıqların Ümumi Kataloqundakı "dumanlıq" ifadəsinə əsaslanaraq Qaçınma zonasını Bir neçə Dumanlığın Zonası olaraq qeyd etmişdi. == Arxa fon == Yerdən müşahidə zamanı Süd Yolunun müstəvisindəki( qalaktika müstəvisi) sönən rəqslər, kosmik toz və ulduzlar vizual oblastda ekstraqalaktik səmanın təxminən 20%-inin görünməsinə mane olur. Nəticədə optik qalaktik kataloqlar adətən qalaktika müstəvisi ətrafında əskikdir. == Müasir inkişaflar == Son illərdə bir çox layihələr Qaçınma zonasının yaratdığı bilik boşluğunu doldurmağa yönəlmişdir. Qalaktikamızdakı qaz və toz optik dalğa uzunluğunda udulmaya səbəb olur və buda ön plandakı ulduzların arxa fondakı qalaktikalarla qarışdırılmasına gətirib çıxarır. Eyni zamanda, dalğaların sönməsi effekti infraqırmızı oblast kimi uzun dalğa uzunluqlarında xarakterikdir və Süd yolu radiodalğa oblastında effektiv şəkildə şəffafdır. İRAS və 2MASS kimi infraqırmızı oblastda müşahidlər ekstraqalaktik səmanın daha tam təsvirini verdi. İki böyük qonşu qalaktikada Maffei 1 və Maffei 2 qalaktikalarında Qaçınma zonası Paolo Maffei tərəfindən 1968-ci ildə infraqırmızı oblasta müşahidələr zamanı aşkar edilmişdir.
Qianna Terzi
Qianna Terzi (yun. Γιάννα Τερζή; 7 may 1980, Saloniki) — Yunanıstan müğənnisi və bəstəkarı. O, "Oneiro mou" mahnısı ilə Yunanıstanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Bioqrafiya == Qianna Terzi 1 dekabr 1980-ci ildə Yunanıstanın Saloniki şəhərində anadan olmuşdur. O, Yunanıstanın tanınmış pop musiqiçilərindən biri olan Pasxalis Terzisin qızıdır. Terzi öz musiqi karyerasını başlatmaq üçün 20 yaşında ikən Afinaya köçmüş və gənc ifaçının Cobalt Music albom şirkəti ilə əməkdaşlığı nəticəsində 2006-cı ildə Gyrna to kleidi adlı debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və həmin şirkət ilə ortaq iş sayəsində 2008-ci ildə onun ikinci studiya albomu Ase me na taxidepso satışa buraxılmışdır. Bir müddət sonra Terzi Amerika Birləşmiş Ştatlarına köçmüş və orada Interscope Records albom şirkəti ilə yeni istedadların axtarışında əməkdaşlıq etmişdir.27 oktyabr 2017-ci il tarixdə Qianna Terzinin "Oneiro mou" mahnısı ilə Yunanıstanın ERT telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcək olan 20 ifaçından biri olduğu təsdiqlənmişdir. 8 noyabrda isə Terzinin yarışmanın finalına iştirak hüququ qazanan beş iştirakçıdan biri olması ERT tərəfindən təsdiqlənmişdir. Beş finalçıdan ikisinin mahnısında yunan musiqisindən yetərincə istifadə olunmaması səbəbi ilə Yunanıstan telekanalı həmin iki iştirakçını finaldan diskvalifikasiya etmiş və beləliklə Terzi ilk üçlüyə qalmışdır.
Oneiro Mou (Qianna Terzi mahnısı)
Oneiro Mou (yun. Όνειρο μου; azərb. Röyam‎) — Yunanıstanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Qianna Terzi "Oneiro Mou" mahnısı ilə Yunanıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Bu Yunanıstanın Avroviziyada 1998-ci ildən bəri ilk bütövlükdə yunan dilində səslənən mahnısıdır. Yunan musiqisinin zəngin şəkildə istifadə olunduğu mahnı ifaçı Qianna Terzi və eyni zamanda yunan bəstəkarlar Aris Kalimeris, Dimitris Stamatiu və Mixalis Papatanasiu tərəfindən bəstələnmişdir.