Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qılıncbalığı (bürc)
Qızıl balıq (lat. Dorado) — göyün Cənub yarımkürəsində bürc.
Qılıncbalıq
Qılıncbalıq (lat. Xiphophorus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin poeciliidae fəsiləsinə aid heyvan cinsi.
Yaşıl qılıncbalıq
Yaşıl qılıncbalıq (lat. Xiphophorus hellerii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin poeciliidae fəsiləsinin qılıncbalıq cinsinə aid heyvan növü. Yaşıl qılıncbalıq əsasən gur axıntıya sahib Mərkəzi Amerika çaylarında, istiliyi 20-30 dərəcəyə çatan şirin sularda yaşayır. Bu balıqlar üçün ideal su istiliyi +26-28 dərəcədir. Dişi fərdlər erkək fərdlərdən daha böyük olur. Erkək fərdlər quyruqlarında qılıncı xatırladan çıxıntı ilə fərqlənir. Yosunla qidalanırlar, quru yemlərinin tərkibində spirulinanın olması sağlam inkişafları üçün vacib əhəmiyyət daşıyır. Yağlanmamaları, iç parazitlərin meydana gəlməməsi üçün canlı yem və bol zülallı qidalarla az bəslənmələri gərəkdir. Erkək fərdlər bir-birinə qarşı aqressiv davranır; ancaq akvariumdakı başqa balıq növləri ilə yaxşı yola gedirlər. Əsasən suyun orta və üst hissəsində üzürlər.