Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşaği Qalaquz
Aşaği Qalaquz — İrəvan quberniyasının Eçmiədzin qəzasında qışlaq adı. 1918-ci ilin əvvəllərində Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Şimali Qafqazda Kalaus-Bert yer-Barts (təpə), Kalaus (kənd), Kalaus (qala), Kalaus (çay) və Kalaus (kənd) toponimləri ilə sıra təşkil edir. Mənası məlum deyil. Bax: Kalauz.
Ciraquz
Çiraquz — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Çiraquz kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Oykonim Çiraqlı, Ciraqlar toponimlərinin variantı olub, "ciraq tayfası yaşayan kənd, çiraqlılara məxsus kənd" deməkdir. Çiraquz kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Qarabağ silsiləsində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Gilandüz
Gilandüz (fars. گیلان‌دوز‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (30 ailə).
Gikaqu
Giqaku (伎楽)- VII- XV əsrlərdə Yaponiyada mövcud olmuş teatr tamaşasıdır. Şahzadə-regent Şotokunun himayəsi altında gikaqu ölkədə buddizmin yayılması məqsədilə istifadə olunmuşdur. Getdikcə bu sənət saray məişətinə daxil olaraq buddist ayinlərindən birinə çevrilmişdir. Tamaşa üç hissədən ibarət idi: ifaçıların səhnəyə çıxma nümayişləri; musiqi nömrələri, pantomima, rəqslər; səhnəni tərketmə nümayişləri. == Adı == VI əsrdə buddizmin yayılması ilə bu sənət ilk əvvəl "gokaqu" ("Qonun musiqisi") adlanmış, sonradan "giqaku" adlanmağa başlamışdır. "Gikaqu" "musiqi"sözünün sanskritdən çin dilinə tərcüməsidir: buddist mətnlərində bu söz tanrılara gətirilən musiqini bildirirdi. Çində bu anlayış "szyiue" kimi oxunan heroqliflərlə yazılaraq, "mahir musiqi", "mahir ayin", "mahir teatr" mənasını verirdi. Tədqiqatçı K.Siqetosinin fikrincə, "giqaku" sözünü şahzadə-regent Şotoku ona oxunulan "Saddharma pundarika" adlı sutradan götürmüşdür. == Giqaku tamaşasının mənşəyi == Giqakunun mənşəyi haqda bir neçə hipotez vardır. Versiyalardan birinə görə, çin mənşəli bu sənət Çinin cənub-şərq hissəsindəki erkən mənbələrdə kure-no qaku, kure-no utaman adı ilə mövcud olmuşdur.