Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qırğıkimilər
Qırğıkimilər (lat. Accipitriformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Əvvəllər qızılquşkimilər dəstəsinin tərkibində təsnif olunurdu, lakin genetik analizlərə görə təsnifatda dəyişiklik edilmişdir. Azərbaycanda qırğılar (lat. Accipitridae) və qaraquşular (lat. Pandionidae) fəsilələrindən olan 31 növ qeydə alınmışdır.
Qırtıckimilər
Qırtıckimilər (lat. Poaceae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsilənin nümayəndələri birillik və ya çoxillik otlar, yerüstü hissələri bəzən odunlaşan, hətta ağacşəkilli bitkilərdir. Taxılkimilərin qədim ekoloji tiplərindən bambuk, qarğı, murquz kimi hündür gövdəli növləri də vardır. bu fəsiləyə daxil olan növlər saçaqlı, sürünən, kökümsov bitkilər olub, əksəriyyəti çim əmələ gətirəndir. Yarpaqları növbəli olmaqla iki cərgə üzrə düzülür, xətvarıdır, aşağısında buğum aralarını əhatə edən qın əmələ gətirir. Çiçəklər ikicinslidir, ziqomorfdur, mürəkkəb çiçək pulcuqları ilə əhatə olunaraq sünbülcüklərdə yerləşir. Çiçəkyanlığı iki dairədə yerləşmiş pərdəşəkilli pulcuqlardan təşkil olunmuşdur. Çiçəkyanlığının xarici dairəsində iki ədəd aşağı və yuxarı çiçək pulcuğu vardır. Erkəkcik 3 ədəddir.
Qıjıkimilər
Qıjıkimilər (lat. Pteridophyta) — bitki şöbəsi. == Qıjıkimilərin əlamətləri == Qıjıkimilər ali sporlu bitkilərdir. Mamırlardan fərqli olaraq, qıjıkimilərin gövdə və yarpaqdan başqa inkişaf etmiş kökləri də olur. Onlar sporlar vasitəsilə çoxalır. Mayalanma prosesi, mamırlardakı kimi, suyun iştirakı ilə gedir. == Qıjıkimilərin müxtəlifliyi == Qıjıkimilərə qıjılar, qatırquyruğuları və plaunlar aiddir. Qədim bitkilər olan qıjıkimilərə rütubətli və kölgəli yerlərdə,xüsusən meşə örtüyü altında rast gəlinir.Əksəriyyətinin gövdəsi otşəkillidir,lakin tropik Asiya,Avstraliya,Mərkəzi və Cənubi Amerika kimi zonalarda bəzi ağacşəkilli formalara da təsadüf edilir.Qıjıkimilər arasında lianlara da rast gəlinir. == Qıjılar == Qıjıların bədən ölçüləri bir neçə mm-dən bir neçə metrə qədər olur.Geniş yayılmış nümayəndəsi olan erkək qıjı çoxillik bitkidir,yerüstü gövdəsi olmur.Yeraltı gövdəsi kökümsovdur.Kökümsovlardan əlavə köklər və yerüstü yarpaqlar çıxır.Erkək qıjının cavan yarpaqlarının ucları spiralvari burulur və zoğ kimi uc hissədən böyüyür.
Qıjıkimilər fəsilələri
Kirpikimilər
Kirpilər (lat. Erinaceidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinə aid heyvan fəsiləsi. == Xalq inamı == Yuxuda kirpi görmək, təhlükəli əlaqələrə baxmayaraq, sizi həyatda uğur gözləyir.Yuxuda əlinə kirpi götürmək həyatda pis insanla əlaqəyə işarədir. Ola bilsin, ailədaxili mübahisələr olsun. Əgər yuxuda əlinizə kirpi götürmüsünzsə və o sizə heç nə eləmirsə, siz yeni tanışınız barədə düzgün təəssüratalara malik deyilsiniz. Əgər o sizi sancırsa, bu o deməkdir ki, yaxın çevrənizdə sizə tələ quran insan var. Əgər yumaq kimi bükülmüş kirpi yuxunuza giribsə, siz problemdən qaçmağa çalışacaqsınız. Yuxu başlanmış işi sona çatdırmaq barədə xəbərdarlıq edir.