Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarı qırxayaqlar
Sarı qırxayaqlar dəstəsi (lat. Julida)-Buğumayaqlılar tipinin İkicütayaqlılar sinfinə aid olan dəstə == Xarici quruluşu == Sarı qırxayaqlar dəstəsini silindrik bədən forması və sayı 30-dan artıq olan çoxlu miqdarda silindrik seqmentlər səciyyələndirir. Bəzi torpaq sarı qırxayaqların daha nazik bədəni olur (diametri 1 mm), onlar kordur, zəif piqmentləşmişlər, zəhər vəzilərinin xal şəkilli dəlikləri aydın nəzərə çarpır. Məsələn, nazik sarı qırxayaqlar fəsiləsinin (Blaniulidae) nümayəndələri belədir. Əsl sarı qırxayaqların (Julidae) bədəni naziklərdəkindən daha az dartılmışdır və onlarda adətən gözlər olur. == Həyat tərzi == Sarı qırxayaqlar ikicütayaqlıların ən zəngin və çox yayılmış dəstəsini təmsil edirlər. Əsl sarı qırxayaqlar fəsiləsinin növləri (22 növ) daha zəngindir. Lənkəran zonasının qarışıq meşələrində onlardan Amblyiulus continentalis All. üstünlük təşkil edir. Alçaq dağlıq zonasının dağ-meşə sarıtorpaqlarında bunların sayı 1 m² 65 fərd təşkil edir.
İnsan qırxayağı
«İnsan qırxayağı (Birinci Ardıcıllıq)» (ing. The Human Centipede (First Sequence)) — 2009-cu ildə Tom Siks tərəfindən çəkilmiş Niderland qorxu filmi. Film üç turisti qaçırıb onların ağızlarını və anuslarını cərrahi yolla birləşdirərək "insan qırxayağı" əmələ gətirən alman cərrahından bəhs edir. Filmdə doktor Hayter rolunda Diter Lazer, onun qurbanları rolunda Eşli K. Uilyams, Eşlin Yennie, Akihiro Kitamura oynayıb. Rejissor Siksin dediyinə görə, filmin konsepsiyası onun dostları ilə birlikə uşağa təcavüz edən “kök yük maşını sürücüsünün” ağzını anusuna tikərək cəzalandırması ilə bağlı etdiyi zarafatdan yaranıb. Digər ilham mənbəyi İkinci Dünya müharibəsi zamanı nasistlərin tibbi təcrübələri olmuşdur: məsələn, Auşvitz konsentrasiya düşərgəsində nasist həkim Yozef Mengele tərəfindən həyata keçirilən tibbi eksperimentlər. Layihəni maliyyələşdirmək üçün investorlara müraciət edərkən, potensial dəstəkçiləri təxirə salmaqdan qorxan Siks filmin məzmununu onlara demədi; ona görə də maliyyəçilər filmin mahiyyətini film tamamlanana qədər başa düşmədilər. Film 30 aprel 2010-cu ildə ABŞ-da məhdud sayda kinoteatrlarda nümayiş olundu. Qarışıq tənqidi yanaşmalarla qəbul edilməsinə baxmayaraq, film beynəlxalq film festivallarında bir sıra mükafatlar qazandı. Siks tərəfindən ssenarisi yazılmış və ekranlaşdırılmış iki davam filmi - Tam ardıcıllıq və Yekun ardıcıllıq - müvafiq olaraq 2011 və 2015-ci illərdə ekranlara buraxılmışdır.
İnsan qırxayağı (film, 2009)

Qaraayaq pişik
Qaraayaq pişik (lat. Felis nigripes) — pişik cinsinə aid heyvan növü. Orta hesabla kütləsi 1,6 kq, bədəninin uzunluğu 36–52 sm, quyruğunun uzunluğu 13–20 sm olur. Afrikanın cənub hissələrində səhralıqlarda yaşayır. Rəng çaları sarı-qumsal rəngindədir və tünd xallara malikdir.
Qaraayaq qızılquşcuq
Qaraayaq qızılquşcuq (lat. Microhierax fringillarius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin cırtdan qızılquş cinsinə aid heyvan növü.
Qaraayaq seriem
Qaraayaq seriem (lat. Chunga burmeisteri) — Durnakimilər dəstəsinin seriemlər fəsiləsinə aid quş növü. Qaraayaq seriem təbii şəkildə subtropik və tropik meşələrdə və kolluq ərazilərdə yaşayır.
Qarayağ
Qarayağ — oduncağın quru çəkmə nəticəsində içindən çıxan qara bir mayedir.