Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qısayol klavişi
Qısayol klavişi (shortcut,1. "Быстрая" клавиша,kısayol tuşu) – klaviaturada: ayrıca və ya başqa klavişlərlə birlikdə basıldıqda menyu bəndini seçən, yaxud müəyyən komandanı başladan klaviş, yaxud klavişlər kombinasiyası. Məsələn, mətn redaktorunda işləyərkən Ctrl + A kombinasiyası bütün mətni seçdirir. Bəzən belə klavişlər kombinasiyasını “qaynar” klavişlər, klaviatura qısaltmaları, “cəld” açarlar da adlandırırlar. Bax: ACCELERATOR KEY, HOT KEY. 2. Ярлык ~ kısayol ~ qısayol – obyektin, proqramın, yaxud komandanın göstəricisi olan və özündə əlavə informasiya saxlayan fayl. “Əlverişsiz” yerlərdə saxlanılan proqramları tez başlatmaq üçün çox zaman iş masasında onların qısayolları yaradılır. İş masasındakı simgənin faylın özünə, yoxsa qısayoluna məxsus olmasını simgənin aşağısındakı kiçik oxa görə bilmək olur. Qısayol faylının ölçüsü, adətən, onlarla baytdan yüzlərlə baytadək ola bilir. Ayrıca fayl olduğundan qısayol faylı ilə bağlı hər hansı dəyişiklik onun göstərdiyi obyektin özünə təsir etmir.
Musayal
Musayal — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Musayal oyk., miir. Gədəbəy r-nunun Dəyəqarabulaq i.ə.v.-də kənd. Şahdağ silsiləsinin (Kiçik Qafqaz) ətəyindədir. Keçmiş adı Talakənd olmuşdur. Yaşayış məntəqəsi Yal Böyük Qarabulaq (indiki Rüstəm Əliyev) kəndindən olan Musa adlı bir şəxsə məxsus təsərrüfat sahəsində salındığı üçün belə adlandırılmışdır. Kənddə Daşkəsən r-nunun Qabaqtəpə kəndindən çıxmış bayramlı və Qarabağdan çıxmış möhsümlü nəsilləri məskunlaşmışlar. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 142 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qışlayan qatırquyruğu
Qışlayan qatırquyruğu (lat. Equisetum hyemale) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 120 sm hündürlükdədir. Qını silindrik, gövdəyə sıxılmış, bütövlükdə qara, qaidədə və ya ortada eninə yaşıl zolaqlıdır. Strobiləri (spor sünbülləri) oturaq, yumurtavari, sivri və ya uzunsov-yumurtavari, 2 sm uzunluğundadır. Dişiçikləri erkən tökülən, gövdəsi budaqlanmayan. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Sporların yetişmə dövrü iyun-avqust aylarıdır.
Visayan dənizi
Visayan dənizi (isp. Visayan Mar) — Sakit okeanında Filippin arxipelaqına daxil olan (şimalda) Masbate, (şərq və cənub-şərqdə) Leyte, (cənubda) Sebu və Nerqos, (qərbdə) Panay adaları arasında yerləşir. Kamotes dənizi Kaniqao boğazı vastəsi ilə birləşir. Üstəlik dəniz Mindanao dənizi, Sibuyan dənizi, Sulu dənizi və Samar dənizi kimi dənizlərlə birləşir.
İsayas Afeverki
İsayas Afeverki (ərəb. أسياس أفورقي‎; ing. Isaias Afwerki; tiqr. ኢሳይያስ ኣፈወርቂ; 2 fevral 1946, Əsməra) — 1993-cü ildə Eritreya İstiqlal Müharibəsindən etibarən Eritreya Prezidenti olan eritreyalı diktator. İsayas Eritreyanın yeganə qanuni siyasi partiyası olan Demokratiya və Ədalət uğrunda Xalq Cəbhəsinin sədridir. O, totalitarizm ittihamları ilə üzləşib və Birləşmiş Millətlər Təşkilatı və Amnesty İnternational tərəfindən insan haqları pozuntularında günahlandırılır. 2021-ci ildə "Sərhədsiz reportyorlar" İsayas hökuməti rəhbərliyində Eritreyanı Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında ən son sıraya qoydu. == Həyatı == İsayas Afeverki Eritreyanın Əsməra şəhərinin Aba-Şiaul rayonunda anadan olub. İsayas Şahzadə Makonnen Liseyində oxudu. 1960-cı illərin əvvəllərində milliyətçi Eritreya tələbə hərəkatına qatıldı.