Tarixi-Qızılbaşan
Qızılbaşlar tarixi, Tarixi-Qızılbaşan (fars. تاریخ قزلباشان) — anonim müəllif tərəfindən qələmə alınan Səfəvi dövründən bəhs edən tarixi qaynaq. Əsərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətində fəal rol oynamış türkmən tayfaları və bəyləri haqqında məlumat verilir.
== Haqqında ==
Müəllifi məlum olmayan, "Tarixi-Qızılbaşan" adlı bu əsər 1599–1605-ci illər arasında yazılmışdır. Mövzu ilə bağlı tədqiqat aparan Babək Cavanşir bunun səbəbini belə izah edir:
Müəllif əsərin bir yerində yazır: "1598–1599-cu illərdə Şah Abbasın Xorasanı özbəklərdən xilas etdiyində Hüseyn Sultan Əfşarın tiyulu olan Fərah və İsfizar da o həzrətə tapşırıldı."
Nüsxənin yazılma tarixi 1604-cü ilə təsadüf edir. Bu da əsərin bu tarixdən əvvəl yazıldığını göstərir.
Əsərdə 1592-1593-cü ildə Sadlı boyundan Zülfüqar xandan bəhs olunur və qeyd edilir ki, hal-hazırda vəzifədədir. Zülfüqar xan 1609-cu ildə öldürülüb. Bu o deməkdir ki, əsər bu tarixdən öncə tamamlanıb.
Əsər Səfəvi dövlət idarəsində və orduda xidmət etmiş Qızılbaş tayfalarının və mühüm əmirlərin qısa tərcümeyi-hallarına həsr edilmişdir.