Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qələndərilik
Qələndərilik — sufi təriqəti Təriqətin banisi monqol yürüşləri zamanı Səvadan Dəməşqə gəlmiş fars əsilli Cəmaləddin Məhəmməd Yunus əs-Səvaci (vəfatı: 1232-ci il) olmuşdur. Yoxsulluğu, səfilliyi, şəriət qanunlarına münasibətdə biganəliyi təbliğ edən bu sufi təriqətinin mənsubları dinin vacib buyurduğu ibadətlərdən yayınmış və heç vaxt işləməmişlər. Onların hətta şəxsi mülkiyyətləri də olmamışdır. Qeyri-adi görkəmləri ilə seçilən qələndərilər saçlarını, qaşlarını və kirpiklərini qırxıb, qısa xirqə və iri tüklü papaqlar geyinərmişlər. Onlar boyunlarından ağır bəzəklər asıb, barmaqlarına iri üzüklər taxarmışlar. Təriqət mənsubları yalnız öz xanəgahlarında yaşayar, səfil ömür sürərmişlər. Qələndərilərin dünyagörüşünə, həyat tərzinə hind inancları və buddizm təsir etmişdir. Müsəlman dünyasının bir çox yerlərində yayılmış bu təriqət zahidliyə meyl edən başqa təriqətlərin dini-fəlsəfi düşüncələrinə təsir göstərmişdir. == Mənbə == Ashk Dahlén, The Holy Fool in Medieval Islam: The Qalandariyat of Fakhr al-din Araqi, Orientalia Suecana, vol.52, 2004.
Baxşı Qələndərli
Qələndərli Bəxşi Həsən oğlu (20 iyul 1903 – 14 sentyabr 1985) – teatr rejissoru. Ermənistan SSR (1939) və Azərbaycan SSR (1974) əməkdar incəsənət xadimi. == Həyatı == Baxşı (əsl adı: Baxış) Həsən oğlu Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və burada orta təhsilini başa vurmuşdur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirib çıxarmışdı. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirmişdir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür.
Bəxşi Qələndərli

Kələntərlik
Kələntərlik—Ali inzibati məmurları, naibləri və s. saxlamaq üçün toplanan vergi. Kələntərlik əsasən Qarabağ xanlığında toplanırdı.