Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarayanlıq
Qarayanlıq — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq qəsəbəsindən qərbdə arxeoloji abidə. == Tarixi == Yaşayış yerinin sahəsi 2250 m2-dır. Onun mərkəzi hissəsindən su kanalı keçir. Abidənin ərazisinin bir qismi qazılıb dağı- dılmışdır. Mədəni təbəqə 1-1,5 m qalınlığında saxlanmışdır. Mərkəzi hissədə daş tikintilərin qalıqları nəzərə çarpır. Yaşayış yerinin yaxınlığında orta əsr qəbirstanlığı vardır. Lakin qəbirstanlığın ərazisi əkin sahəsinə çevrildiyindən qəbirlərin izi tamamilə itmişdir. Arxeoloji materiallar başlıca olaraq keramika məmulatından ibarətdir. Keramika məmulatı Son Antik dövrdən başlayaraq Son Orta əsrlərədək olan bir dövrü əhatə edir.
Qaçağanlar
Qaçağanlar (lat. Cicindelinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Xarici quruluşu == Orta və kiçik ölçülü çox qıvraq, hərəkətli böcəklərdir. Onlar çox sürətlə qaçır, narahat edildikdə isə ildırım sürəti ilə qısa məsafələrə uçur və orada fəal şəkildə qaçaraq, ov axtarmağı davam etdirirlər. Onlar qaçarkən qısa dayanacaqlar edirlər. Görünür, bu vaxt tutduqları ovu yeyirlər. Parlaq və əlvan rəngləri vardır, ancaq bu, onların yaşayış mühiti ilə ahəngdar olduğundan, təbiətdə az nəzərə çarpırlar. Bədənlərinin uzunluğu 10–12 mm-dir. == Həyat tərzi == Qaçağanlar bir qayda olaraq, gündüz həyat tərzi keçirən yırtıcılardır. Onların iri, oraqşəkilli çənələri olan sürfələri ətrafında kiçik çuxur olan şaquli yuva qazır, həmin yuvaya girərək başlarını çıxarır və qarışqa aslanının sürfəsi kimi, yuvaya düşən ovu tuturlar.
Buxaqlı qaçağanlar
Buxaqlı qaçağanlar (lat. Thinocoridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Qaraqanlı (Miyanə)
Qaraqanlı (fars. قره قانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (23 ailə).
Azərbaycanlıların ilkin qaçqınlıq dövrü
Qərbi Azərbaycandan — indiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşədil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlamışdır. == 1801-ci il == 1801-ci il iyulun 13-də general-mayor Lazarev Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin 14 kəndindən təxminən 5–6 min türk əhalisi bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmışlar. Sonralar Pəmbək əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri üçün üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən qaçaraq Qars paşalığına sığınmışdılar. Onların geri qaytarılması üçün knyaz Sisianov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət etmişdi. == 1804–1828-ci illər == 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən 2 min erməni qaçaraq rusların himayəsinə keçmiş və onlar Loru-Pəmbək bölgəsində məskunlaşdırılmışdılar. Həmin il rus qoşunları Şörəyelə daxil olur. 1805-ci il oktyabrın 20-də Şörəyel sultanı Budaqla knyaz Sisianov Gəncədə Şörəyelin əbədi olaraq Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd imzalayırlar. Məhz bundan sonra həmin ərazidə yaşayan türklərin qaçqınlıq dövrü başlanmışdır. Şörəyel kəndlərinin qarapapaq boyundan olan əhalisinin bir hissəsi 1807-ci il rus-türk müharibəsi nəticəsində İrəvan xanlığının və Qars paşalığının ərazilərində sığınacaq tapmışdılar. Qarapapaq tayfaları fürsət tapan kimi əvvələr yaşadıqları kəndlərə hücum edib erməniləri qovmaq istəyirdilər.