Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qadolinium
Qadolinium (Gd) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 64-cü element, kimyəvi elementi lantanoidlərdən biridir. Elementlərin dövri sistemin III qrupundadır, 7sabit və bir neçə süni radioaktiv izotopu məlumdur. == Tarixi == 1880 ildə İsveç kimyaçısı J.Ş. Marinyak kəşf etmişdir. Fin kimyaçısı Yuxan Qadolininin şərəfinə qadolinium adlandırılmışdır. Təbiətdə başqa lantonoidlərlə birlikdə qadolinitdə (Be2FeY2Si2O10) , monositdə və bastnezitdə tapılır. == Fiziki xassələri == Qadolinium açıq boz rəngli metaldır, ferromaqnit xassəlidir. == Alınması == Natrium, litium və qadalinium xloridin əridilmiş qarışığının elektrolizindən alınır. == Kimyəvi xassələri == Qadolinium havada zəif oksidləşir, temperatur 100 0C- dən yüksək olduqda proses sürətlənir: 4Gd + 3O2 → 2Gd2O3 t = 3000C Yüksək temperaturda halogenlərlə, azotla və hidrogenlə reaksiyaya daxil olur: 2Gd + 3Cl2 → 2GdCl3 t= 3000C İsti su ilə reaksiyaya girərək əsas alınır: 2Gd + 6H2O → 2 Gd(OH)3 + 3H2 Flüor turşusundan başqa, gadolinium mineral turşular ilə reaksiyaya daxil olur: 2Gd + 6HCl (duru) → 2GdCl3 + 3H2 Gd + 6HNO3 (qatı) → Gd(NO3)3 + 3NO2 + 3H2O Qadolinium qələvi məhlulları ilə reaksiyaya qirmir. == Tətbiqi == Qadoliniumun bəzi duzlarının, məs., Gd2(SO4)3 . 8H2O paramaqnit xassəsindən mütləq sıfra yaxın temperaturların alınmasında istifadə olunur.