Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarakəmər dağı
Qarakəmər dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1153,7 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun Göydağ zirvəsindən cənuba uzanan Gəvək şaxəsində zirvə. Gilançay kəndindən 1 km-dək şimal-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının nüvə hissəsində yerləşir.
Qarakübər
Qarakübər — Ağcabədi rayonu ərazisində, Üzeyirkənddən 4 km Şimalda e.ə. VI-II əsrlərə aid abidə. Qazıntılar zamanı qədim yaşayış yeri və onun nekropolunun (20 ha) sahəsi müəyyən edilmişdir. Qarakübər yaşayış yerindən dik basdırılmış təsərrüfat küpləri (hündürlüyü 160-165 sm, diametri 80-85 sm), saxsı qab qırıqları - xüsusən qırmızı boyalı qab qırıqları, qara rəngli üstü sığallanmış və üzəri üçbucaq formalı basma naxışlı gil camlar, küpə qırıqları ,dən daşları və s. tapılmışdır. Yaşayış yerinin Şimal kənarındakı nekropolda yalnız küp qəbirlər açılmışdır (üfüqi qoyulmuş küplərin ağızı müxtəlif istiqamətdədir). Küplərdə sklet bükülü, sağ və ya sol böyrü üstə kəllə isə küpün ağızına doğru yerləşdirilib.Küpün içərisi və ətrafında qırmızı və qara rəngli gil cam, dolça, lüleyin, küpə,sərnic, nehrə, bəzək əşyaları (şüşə muncuqlar və hilal şəkilli sırğalar) və s. qoyulmuşdur. Əldə edilən materialların Orta Asiya, Yaxın Şərq,Kiçik Asiya, Aralıq dənizi sahili materiallar ilə müəyyən uyğunluğu var. Qarakübər tapıntıları Qaratəpə (Ağcabədi), Qızılvəng (Naxçıvan MR), Vardanlı (Oğuz) və Mingəçevirin ilk antik dövr abidələrinin materialları ilə yaxındır.
Qarakələk (Həştrud)
Qarakələk (fars. قره كلك‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 466 nəfər yaşayır (92 ailə).
Qarasəfər (Çaroymaq)
Qarasəfər (fars. قره سفر‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 268 nəfər yaşayır (44 ailə).