Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Soyuq barmaqcıq
Soyuq barmaqcıq lokallaşdırılmış soyuq səth yaratmaq üçün istifadə edilən laboratoriya avadanlığının bir parçasıdır. O, barmağa bənzədiyinə görə belə adlandırılmışdır. Cihaz adətən soyuducu mayenin (soyuq kran suyu və ya bəlkə də daha soyuq bir şey) daxil olub çıxa biləcəyi bir kameradan ibarətdir. Başqa üsulla cihazın soyuq materialla doldurulması ola bilər (məsələn: buz, quru buz və ya quru buz/aseton və ya buz/su kimi qarışıq). Tipik olaraq soyuq barmaqcıq sublimasiya aparatında istifadə olunur. Bundan başqa soyuq suvarmada və ya distillə aparatında kondensatorun kompakt versiyası kimi istifadə edilə bilər. Ticarətdə mövcud olan bir çox fırlanan buxarlandırıcıları soyuq barmaqcıq ilə almaq olar. Fırlanan buxarlandırıcıda kondensator kimi istifadə edildikdə, soyuq barmaqcıqlar −40 °C-ə qədər soyudula bilən su kondensatorları ilə müqayisədə (etilenqlikol/su qarışığı) −78 °C (quru buz) daha aşağı temperaturda soyudula bilər. Əldə edilən aşağı temperatur havaya atılan uçucu materialın miqdarını azaldır.
Qarmaqlı bıçaq
Qarmaqlı bıçaq — xalça istehsalında türkbaf (Simmetrik) toxunuşlu ilmələri toxumaq üçün istifadə edilən ucu əyri qarmaqlı bıçaqlara deyilir. Qarmaqlı bıçaqlar əsasən iki formada olur: ilmələrin bağlanması və ilmələrin açılması üçün bıçaq. İlmələrin bağlanması üçün nəzərdə tutulan bıçaq xalça toxuculuğunda əsas alət hesab olunur və ondan xovlu ilmələrin bağlanması üçün istifadə olunur. İlmələrin açılması üçün istifadə edilən boğazı uzun, tiyəsi küt bıçaqlar yalnız xalçaların restavrasiyasıda və səhvlərin düzəldilməsində istifadə edilir. Belə bıçaqlardan xaça toxunması zamanı istifadə edilmir.
Qarmaqlı sümük
Qarmaqlı sümük (lat. os hamatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun aypara sümüyə məxsus yuxarı, İV və V daraq sümüklərinə məxsus aşağı, üçvəcli sümüyə məxsus basıq içəri və başlı sümüyə məxsus hamar bayır səthi vardır.
Ördək qarmağı
Ördək qarmağı (ing. Duck Hook) — ABŞ Prezidenti Riçard Niksonun Vyetnam müharibəsi zamanı Şimali Vyetnama hədələmək üçün istifadə etdiyi əməliyyat üçün Ağ Evin istifadə etdiyi kod adı. Əməliyyat Şimali Vyetnam Paris sülh danışıqlarında Vaşinqtonun şərtlərini qəbul etmədiyi halda həyata keçiriləcəkdi. Əməliyyat Hanoy və ətrafındakı hərbi və iqtisadi hədəflərin nüvə bombası ilə darmadağın edilməsi, Hayfon limanının və digər limanların minalanmasını, Hanoy və Hayfonun xalça bombardmanına məruz edilməsi, Şimali Vyetnam əhalisinin böyük bir hissəsinin ərzaq təminatını məhv etmək üçün bəndlərin bombalanmasını, Şimali Vyetnamın şimal-şərq əlaqə xəttinə, habelə Çin sərhədindəki keçidlərə və körpülərə hava zərbələri və Vyetnam boyunca digər hədəflərə hava və qurudan hücumları əhatə edirdi. Burr, William. (2015). Nixon's Nuclear Specter The Secret Alert of 1969, Madman Diplomacy, and the Vietnam War. University Press of Kansas.