(Zərdab) tərləyəndən sonra soyuq dəymək
(Qax, Şərur, Yardımlı) paltarı və ya qab-qacağı qaynar su ilə yumaq
(Füzuli) dəvəni noxtalamaq. – Dəvəni avsarradım
(Ağcabədi, Füzuli) 1. sağmaq (Füzuli). – Qoyunu avşarradıx 2. südün hamısını sağmaq üçün heyvanın yelinini ovuşdurmaq, sıxmaq (Ağcabədi)
(Çənbərək) bax ovşarramağ. – Çovan keçiləri oyşarradı; – Oyşarrasaηa keçiyi quş kimi
(Gəncə) acizləşmək, tənbəlləşmək. – Bu laf yasarranıf, bir şeyə yaramaz
(Şamaxı) bax avsarramax. – Mən ağ nəri o:sarradım