Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qavril Qaydarcı
Qavril Arkadi oğlu Qaydarcı (02.09.1937, indiki Moldova Respublikası Qaqauz Yeri MV Kaul rayonunun Kırbaalı kəndi, - 14.02.1998, Kırbaalı)—Qaqauz şairi. Ədəbiyyata şeirlə gələn Qavril Qaydarcının ilk kitabı 1972-ci ildə çap olunmuşdur. “Ana tarafım” adlandırdığı kitaba şair lirik və ictimai-siyasi məzmunlu şeirlə­rini toplamışdır. Onun poetik yaradıcılığından söz açanlar ru­mın şairi Mixay Emineskydan (1850-1989) təsirləndiyini ya­zırlar. Şair “Kaaviysin can” şeirində yazır: Qavril Qaydarcı insanları barışa, əmin-amanlığa, dincliyə, qardaşlığa çağıran misraları ilə daha çox yadda qalmışdır. Onun savaşa nifrət aşılayan “Eski okoplar” şeiri qaqauz məktəblilə­rinin toplantılarda, bayramlarda çox söylədikləri şeirlərdəndir. Dunay çayına müraciətlə yazdığı “Tuna, Tuna..” şeirində deyir: Şairin əsərlərində torpaq, ana vətən mövzusu aparıcıdır. Xalqının 20-ci yüzildə çəkdiyi əziyyətləri, məhrumiyyətləri poetik dillə qələmə almaqla gələcək nəsilləri bu acıları unutmamağa çağırır. “Ay Bucaam, Bucaam” şeirində yazır: Şair daha çox elmi yaradıcılıqla məşğul olduğundan şeirləri azdır. Bir də onun əsərlərinə 1981-ci ildə çap olunan “Çık, çık günəş” adlı topluda rast gəlirik.
Oğlumu qaytarın (film, 2002)
Oğlumu qaytarın 2002-ci ildə Krishna Vamsinin rejissorluğu ilə Karisma Kapur, Nana Patekar və Sanjay Kapoorun baş rollarda oynadığı, Şahrux Xan, Deepti Naval, Ritu Şivpuri, Anupam Şyam və Prakash Rac kimi aktyorların köməkçi rollarda çəkildiyi hind dilli döyüş triller filmidir. Aishwarya Rai oxuduğu bir mahnı ilə filmdə xüsusi görünüş yaradır. Film 1998-ci ildə Betti Mahmudinin real həyat hekayəsinə əsaslanan Anthahpuram adlı teluqu filminin remeykidir. Betti Mahmudinin real həyatdan qaçmasının orijinal hekayəsi onun özünün yazmış olduğu eyni adlı kitabına əsaslanan Qızım Olmadan (1991) filmində təsvir edilmişdir. Los-Ancelesə əmisinin yanına gələn Nandini artıq Amerikada altı il mühacir həyatı yaşayan Şekharla tanış olur. Onlar qısa zamanda evlənirlər. Toydan bir neçə il ötür. Cütlüyün artıq 3 yaşında oğlu var. Şekhar onun doğma kəndində qanlı qətliamın törədildiyini xəbər alır. Qohumlarına görə narahat olan Şekhar bir neçə günlük vətənə dönməyə qərar verir.