Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoturlu
Qoturlu (Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində kənd. Qoturlu (bulaq) — Kəlbəcər rayonu ərazisində mineral bulaq. Qoturlu — Masallı rayonu ərazisində mineral bulaqlar.
Qoturlu (Kəlbəcər)
Qoturlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qoturlu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qoturlu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi Azərbaycan dilində danışan şiə kürdlərdən ibarət olmuşdur. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 147 evdə 814 şiə kürd yaşayırdı.
Qoturlu (bulaq)
Qoturlu – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində, Tutqunçayın (Tərtərçayın qolu) sahilində yerləşən bu mineral bulağın suyunun temperaturu 18 °C-dir. Bulağın suyu qızdırıldıqdan sonra müxtəlif dəri xəstəliklərinin (xüsusilə qoturluq xəstəliyi) müalicəsində istifadə olunur. Elə bu səbəbdəndə bulaq belə adlandırılmışdır. Qotursu bulağı Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.67.
Qotursu (bulaq)
Qotursu – Azərbaycan Respublikasının Masallı rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Azərbaycan Respublikasının Masallı rayonunun ərazisində, Viləşçayın sahilində yerləşən bu mineral bulaq ən yüksək debitli və temperaturlu 17 bulaqdan ibarətdir. Bulağın suyundan müxtəlif dəri xəstəliklərinin (xüsusilə qoturluq xəstəliyi) müalicəsində istifadə olunur. Elə bu səbəbdəndə bulaq belə adlandırılmışdır. Qoturlu bulaq Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.67.
Çatı götürdü
Çatı götürdü — Azərbaycan Oyunlarındandır. Güney Azərbaycanda Qayış götürdü də deyilir. Azərbaycanın qədim oyunlarındandır. Kəndlərdə obalarda Cavanlar arasında xususən toylarda oynulur. Kəndin Xarman (Xırman) yerində və ya meydanında oynanılır və kənd kişiləri bu nümayişə yığışırlar. Böyük dairə çəkilir. sonra haley gedib, beş-beş iki yerə bölünürlər. Yalaq duzəlib Çatılari ora qoyurlar. oynayanlardan beş nəfəri həmin Çatılarin, dairənın üstünə dayanırlar. beş nəfəri isə dairənın cızından kanarda.