Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yoxlama
Test (ing. test sözündən) — yoxlama, sınaq. == Haqqında == Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi.Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur. Test Tapşırığı – didaktik və texnoloji baxımdan keyfiyyətli, effektli olan yoxlama materialıdır.
Qoşulmama Hərəkatı
Qoşulmama Hərəkatı (Non-Aligned Movement - NAM) — özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilat.Hərəkatın yaradılması ideyası 1955-ci ildə Bandunq konfransında (İndoneziya) irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub. Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 15 sammit keçirilib. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 37-i Asiya, 26-sı Latın Amerikası və 2-si Avropadandır.
Normativ yoxlama
Normativ yoxlama (ing. Authority control) — kitabxana elmində kataloq və biblioqrafik məlumatların yeganə və bənzərsiz bir ad verilərək keçirilməsi prosesi. Bu unikal başlıqlar ardıcıl olaraq kataloqda istifadə olunur və digər təşkilati məlumatlarla, məsələn arayışlar ilə işləyir. Hər bir başlıqda tətbiqetmənin və istifadənin hədləri haqqında qısa bir məlumat var, bu təşkilat kitabxana işçilərinə kataloqu yeniləməyə kömək edir və tədqiqatçıların işini asanlaşdırır. Kataloqatçılar, hər bir obyekti (müəllif, kitab, seriya, naşir) özünəməxsus bir mətn identifikatoru təyin edirlər, bu giriş, təxəllüs və ya kriptonimin bir variantı olsa belə, bu varlığa aid bütün istinadları bənzərsiz təsvir etmək üçün istifadə olunur. Unikal bir başlıq, əlaqəli qurumlar haqqında məlumat daxil olmaqla, bütün müvafiq məlumatları əldə etməyə imkan verir. Normativ yoxlama bir verilənlər bazasında yerləşə bilər və digər qurumlarla və digər məlumat bazaları ilə əlaqələri ehtiva edə bilər. Buna görə normativ nəzarət bir növ biblioqrafik nəzarət və normativ lüğətdir. Nəzəri cəhətdən hər hansı bir məlumat normativ yoxlamaya məruz qalsa da (şərti adlar, şəxsi adlar, firma adları), kitabxanalardakı kataloqlar ümumiyyətlə müəlliflərin və kitabların adları ətrafında cəmlənir. Konqres təsnifatı kitabxanası oxşar bir funksiyanı yerinə yetirir, baxmayaraq ki, ümumiyyətlə ayrıca nəzərdən keçirilir.
Simsiz qoşulma
Simsiz şəbəkə (azərb. wireless network‎) — şəbəkə qovşaqları arasında simsiz məlumat bağlantılarından istifadə edən kompüter şəbəkəsi. Simsiz şəbəkə evlərə, telekommunikasiya şəbəkələrinə və biznes qurğularına kabellərin binaya daxil edilməsi kimi bahalı proseslərdən yayınmağa imkan verir. Bu, həmçinin müxtəlif avadanlıq yerləri arasında əlaqə kimi xidmət edir. Admin telekommunikasiya şəbəkələri ümumiyyətlə radio rabitəsindən istifadə etməklə həyata keçirilir və idarə olunur. Bu icra OSI model şəbəkə strukturunun fiziki səviyyəsində (qatında) baş verir. == Simsiz kommunikasiyanın tarixi inkişafı == Bu inkişaf çox uzun mərhələləridir. Bir neçə əsas kəşfləri sadalayaq:1807 – Fransız riyaziyyatçısı J. B. J. Furye Furye teoremini yaratdı 1847 – Alman psixoloqu və fiziki Hermann Ludwig Ferdinand von Helmholtz elektrik rəqsi ideasını irəli sürdü. 1857 – Feddersen 1847-ci ildə Helmholtz-un irəli sürdüyü dövrənin elektrik rezonansı tezliyini ekperimental olaraq təsdiqlədi 1864 – Şotlandiyalı riyaziyyatçı və fizik Maksvel İşığın nəzəriyyəsi və elektromaqnit sahəsinin ümumi tənliklərini inkişaf etdirmişdi. O bu haqda 20 tənlik yaratmışdı.
Naqilsiz Qoşulma Protokolu
Simsiz tətbiqi proqram protokolu və ya Naqilsiz Qoşulma Protokolu - (ing. Wireless Application Protocol — abbr. WAP) — mobil telefonları, peycerləri və başqa daşınan qurğuları e-poçt və mətn əsaslı veb-səhifələrə təhlükəsiz giriş ilə təmin etmək üçün standart. == Tarixi == 1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s. bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir.WAP (Wireless Application Protocol) haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətləri və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org Arxivləşdirilib 2006-06-10 at the Wayback Machine) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox irihəcmli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal-hazırda 500-dən çox şirkət bu konsorsiuma üzvdür. 1998-ci ilin may ayında ilk WAP – v1.0 redaksiyası işıq üzü görür.
Yoxlama (film, 2006)
== Məzmun == Habil (Əjdər Həmidov) sadə adamdır. Vergilər Nazirliyində işləyir. Lakin dostu Rokun öldürülməsindən sonra onun həyatı tamamilə dəyişir, dostunun başa çatdıra bilmədiyi tədqiqat işini bitirməyə söz verir. Lakin onun seçdiyi bu yol çox təhlükəli və amansızdır. == Festivallar və mükafatlar == 1)2006-cı il IX Avrasiya Teleforumu Filmin rejissoru Vaqif Mustafayevə Xüsusi Mükafat verilmişdir. == Film haqqında == Film 8 seriyadan ibarətdir. Filmdəki trüklərin əksəriyyətini aktyor Əjdər Həmidov özü həyata keçirmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər (titrlərdəki sıraya görə) === Baş məsləhətçi: Fazil Məmmədov (Azərbaycan Respublikası Vergilər Naziri, I dərəcəli dövlət vergi xidməti müşaviri) Quruluşçu rəssam: Ağarəhim Əliyev, Vyaçeslav Vidanov Geyim rəssamı: Tahir Tahirov Qrim rəssamı: Tomaş Matraşek Montaj edən: Etibar Həsənov Səs rejissoru: İqor Muqanov Səs operatoru: Vidadi Samanduyev Bəstəkar: Yevgeni Doqa Quruluşçu operator: Aleksey Koluzov, Valentin Piqanov Ssenari müəllifi: Vaqif Mustafayev, Aleksandr Polozov İcraçı prodüser: Aslan Məmmədhəsənov Quruluşçu rejissor: Vaqif Mustafayev Səs mühəndisi: Roman Məmmədov Rejissor: Zilli Namazov, Adil İsmayılov, Atəş Davudov Operator: Rafiq İsmayılzadə, Zaza Tsomaya Dekor rəsamı: Rövşən Mehdiyev, Kamal Qarayev, Elyaz Səfərov Rənglərin korreksiyaçısı: Viktor Şaprinski Kaskadyor qrupunun rəhbəri: Vyaçeslav Uşanov Kaskadyorlar: Aleksey Uşanov, Əli Məmmədov, Andrey Yeremin Rekvizit: Elmar Orucov Geyim: Faiq Əliyev (III) Pirotexnik: Elşad Ağabəyov İşıq ustası: Elçin Nağıyev İşıqçı: Emin Bədirov(Emil Bəbirov kimi), Şəmsi Qədirov, Asif Babayev, Ramil Xələfov, Şahin Mustafayev Sürücü: Taleh Məmmədov, Fərrux Mustafayev, Vüqar Mustafayev, Bül. Məmmədli, Novruz Həsənov, Mehdi Muradov Fəhlə: Teymur Həsənov (II), Natiq Məmmədov (II), Hafiz Qəmbərli İnzibatçı: Cavanşir Cəlilov İcraçı direktor: Fəxrəddin Qasımov, Abbas Məmmədəliyev Musiqi redaktoru: İsmayıl Dadaşov Musiqi ifaçısı: Ceyhun İsmayılov, Ənvər Sadıqov, İsgəndər Ələkbərov Redaktor: Elnur Məmmədov (II), İlyas Tapdıq Mətni oxuyan: Rafiq Əliyev (II) === Rollarda === Əjdər Həmidov — Habil Dadaşov Yaşar Nuri (Yaşar Nuriyev kimi) — Direktor Nuriyyə Əhmədova — Həlimə Vyaçeslav Şaleviç — Qəzənfər əmi Nodar Mqaloblişvili — Çolaq Valeri Qarkalin — Rok Məmmədov İlya Rutberq — Emmanuil Səidə Quliyeva — lal-kar qonşu Vsevolod Şilovski — Müdir Arif Kərimov — rəis Səmədov Arif Qasımov — Baş Mühasib Rauf Məmmədov (II) — Plombir (Əhməd Əhmədov) Mənsur Məmmədov — Zavod işçisi Arif Bağırzadə Gülşad Baxşıyeva — Zavod işçisi Nataliya Aşumova — Vialetta Mahmud Cəbrayılov Tünzalə Əliyeva — Katibə Bəhram Bağırzadə — Nazirlik işçisi Vado Korovin — Nazirliyin əməkdaşı Muxtar Maniyev — Sürücü Qərinə Kərimova Larisa Vinoqradova — Emmanuilin qonşusu Ağarəfi Rəhimov Elmira Şabanova — Əhmədin qohumu Arzu Hüseynov — Zavod işçisi Şəfiqə Qasımova Mehriban Abdullayeva İlham İbrahimov Hicran Nəsirova Eldar Həsənov Füzuli Nəsirov Rəhman Rəhmanov — Oğru Rafiq İbrahimov — Oğru Rafiq Əliyev Rahib Əliyev Fuad Osmanov Ələsgər Muradxanlı Əfqan Soltanov Aydın Əliyev — Nazirlik işçisi Rüstəm Rüstəmov Əlisurət Məmmədov Murad Muradov Nurəddin Nəzərov Bəxtiyar Kərimov Vahid Əliyev Esmiralda Şahbazova Faiq Əliyev Rövşən Kərimduxt Aleksey Saprıkin (Aleksey Şaprikin kimi) Rasim Babayev (II) Altay Zahidov-Rəis İqrar Salamov Mehdi Muradov Vüsal Məmmədov Fərrux Mustafayev Bül.
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı
Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Qoşulmama Hərəkatına Üzv Dövlətlərin gənclər nümayəndələrinə cari çağırışlar haqqında fikir, baxış və perspektivlər mübadiləsi aparmaq və dövlətlərinin birgə cavabları vasitəsilə davamlı tərəqqiyə nail olmaq imkanı verməyə çalışır. == Haqqında == 2019-cu il 25-26 Oktyabrda Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII sammitində dövlət və hökumət başçıları 24-25 oktyabr 2019-cu il tarixlərində Qoşulmama Hərəkatının ilk Gənclər sammitinin Qoşulmama Hərəkatının Bakı sammitinin kənarında təşkilini alqışladılar və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılmasını dəstəklədilər (Bakı yekun sənədinin 117-ci bəndi). Şəbəkə Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərinin nümayəndələrinə davamlı inkişafın təmin edilməsində qarşılaşdıqları mövcud problemlər və bu çətinliklərin dövlətlərinin razılaşdırılmış və adekvat cavabları ilə necə aradan qaldırıla biləcəyi ilə bağlı fikir, baxış və perspektiv mübadiləsi imkanı vermək üçün nəzərdə tutulmuşdur. Azərbaycan hesab edir ki, möhkəm quruluşa və aydın, nəticəyəyönümlü baxışa malik Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin formalaşdırılması Qoşulmama Hərəkatının gənclərinə gənclərin inkişafı ilə bağlı problemləri həll etməyə və Qoşulmama Hərəkatının gənclərinin ümumi mesajını beynəlxalq ictimaiyyətə daha sistemli şəkildə çatdırmağa imkan verir. Təşkilatın məqsəd və vəzifələri BMT-nin müvafiq qurumları və gənclərlə bağlı qurumlarla sıx əməkdaşlıq və tərəfdaşlıq şəraitində müxtəlif beynəlxalq forumlarda Qoşulmama Hərəkatının gənclərinin maraqlarını təmsil etmək, habelə sülh və təhlükəsizlik üçün artan çağırışlar fonunda Qoşulmama Hərəkatının daşıdığı mühüm missiya haqqında gənclər arasında məlumatlılığın artırılmasına dəstək göstərməyi ehtiva edir. == Tarixi == Qoşulmama Hərəkatının üzvü olan ölkələrin gənclərini bir araya gətirən Qoşulmama Hərəkatının 61 illik tarixində ilk dəfə olaraq 25 – 29 iyul tarixlərində keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammiti çərçivəsində Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Qoşulmama Hərəkatının yaradılması ilə bağlı "Şuşa Sazişi" adlı sənəd Şuşanın Qoşulmama Hərəkatının tarixində qeyd olunmasına xidmət edəcək. Şuşa Razılaşması (Şuşa sazişi) adlı sənədə əsasən, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı 2021-ci il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü yaradılmış Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin əsasında yaradılıb. Sammitin Şuşa sessiyası çərçivəsində daimi katibliyi Bakıda yerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının əsasnaməsi, təşkilatın loqosu və bayrağı təsdiq edilib.