Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bloklara qoşulmamaq prinsipi
Bloklara qoşulmamaq prinsipi - dövlətin dinc dövrdə hərbi bloklarda iştirak etməməsini, habelə öz ərazisində xarici ölkələrin hərbi bazalarının yerləşdirilməsinə yol verməməsini nəzərdə tutan xarici siyasət xəttinin əsası. == Haqqında == Siyasi və beynəlxalq hüquq ədəbiyyatında Bloklara qoşulmamaq prinsipi, həmçinin pozitiv bitərəflik siyasəti adlandırılır. Beynəlxalq siyasətdə Bloklara qoşulmamaq prinsipi yalnız İkinci dünya müharibəsindən sonra mühüm əhəmiyyət kəsb etmişdir. Bloklara qoşulmamaq prinsipinin hüquqi əsası, adətən, dövlətin müvafiq birtərəfli bəyannaməsidir. Bloklara qoşulmamaq siyasətini qəbul etmiş dövlət şox zaman bloklara qoşulmayan ölkə adlanır. Bu qəbildən olan Asiya, Afrika və Latın Amerikası ölkələrinin böyük bir qrupu, habelə Avropanın bir sıra ölkəsi bütün dünyada sülhü təmin etmək, irqçiliyə qarşı mübarizə aparmaq, ölkələr arasında bərabər hüquq və qarşılıqlı fayda əsasında beynəlxalq əməkdaşlığı inkişaf etdirmək siyasəti yeridir. 1961-ci ildən bloklara qoşulmayan ölkələrin konfransları keçirilir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild. Bakı,2013.
Satışa qoşulmaq hüququ
Satışa qoşulmaq hüququ (ing. Tag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Birgə satış” və "təqib hüququ" kimi də adlandırılır. Satışa qoşmaq hüququnun əksidir. ABŞ-də riskli kapital investorları investisiyadan “çıxmaq” üçün bir sıra hüquqi “alətləri” istifadə edirlər. Əsas üç üsul geri satınalma (ödəmə) hüququ, satışa qoşulmaq hüququ, satışa qoşmaq hüququ (ing. Drag-along right). Azərbaycan Mülki Məcəlləsi qeyd edilən mexanizmlərin istifadəsinin mümkünlüyü barədə bir fikir söyləmir. Satışa qoşulmaq hüququ imkan verir ki, səhmdar(lar) öz səhmlərini üçüncü şəxsə satdığı halda investor öz (imtiyazlı) səhmlərini səhmdar(lar) ilə birgə satsın. Az sayda səhmlərə sahib olan investorlar üçün bu metod investisiyadan çıxış üçün əlverişli ola bilər.