Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoyunçuluq
Qoyunçuluq — heyvandarlığın qoyun yetişdirmə sahəsi. Bu heyvanlar cütdırnaqlıların buynuzlular fəsiləsinə daxildir. Qoyunçuluq məhsulları ət, yun, pendir, körpə quzu dərisi, qoyun dərisidir.
Azərbaycanda qoyunçuluq
Azərbaycanda qoyunçuluq — Azərbaycan Respublikası ərazisində qoyun cinsli heyvanların saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. == Tarixi == Azərbaycanda qoyunçuluq qədim tarixə malikdir. Azərbaycan həm də ən qədim qoyunçuluq ölkələrindən biri kimi tanınır. Azərbaycanın təbii-coğrafi şəraiti bu ərazidə maldarlığın, xüsusilə qoyunçuluğun yaranmasına və inkişafına xüsusi təsir göstərmişdir. Həmin dövrdə Azərbaycanda yaşayan qəbilələrin əkinçilik və heyvandarlıqla məşğul olmaları onların məişətində böyük dəyişikliklərə səbəb olmuşdur. Bu dövrdə insanlar kollektiv şəkildə güzəran keçirsələr də heyvandarlıqda, xüsusilə ona qulluq etməkdə, bəsləməkdə əsas yeri kişilər tutmuşdur. Minilliklər boyu Azərbaycan xalqı qoyunçuluqla məşğul olmuş və ondan bol məhsul götürmüşlər. Ona görə də qoyuna həmişə qulluq göstərmiş və onun sağlam olmasına çalışmışlar. Lakin hər bir canlıda olduğu kimi, qoyunlarda da bir sıra xəstəliklər olmuş və onlar xalq tərəfindən müalicə edilmişdir. Qoyun xəstəliklərindən ən çox yayılanı qılqurd, dalaq, köpmə, öfkə, qızdırma, dabaq, qotur, gözbozarma, zəhərlənmə və s.
Azərbaycanda qoyunçuluq (film, 1982)