Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qozkimilər
Qozkimilər (lat. Juglandaceae) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Bu fəsiləyə aid 8 cinsin 50 növündən 2 yabanı növü yayılmışdır. Azərbaycanda yabanı halda bitən və becərilən qozlar adi qoz növünə aiddir. Orta Asiya və Qafqazda yabanı formada bitir. Uzaq Şərqdə isə Mancuriya qozu yayılmışdır. Çox qədim zamanlardan Azərbaycanda böyük qoz sahələri Şəki-Zaqatala və Quba-Xaçmaz zonalarındadır. Hazırda Lerik, Ordubad, Dağlıq Qarabağ, Laçın, Kəlbəcərdə və Gəncənin dağlıq rayonlarının meşələrində yabanı bitən qozlara təsadüf edilir.
Qazkimilər
Qazkimilər (lat. Anseriformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Qazkimilər geniş yayılmış quş dəstəsidir və Yer kürəsinin mülayim qurşaqlarındakı biosferdə mühüm rol oynayırlar. Bu dəstəyə aid bəzi növlər isə mühüm kənd təsərrüfatı əhəmiyyətinə malikdir.