Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Franklar
Franklar - III əsrdə Reyn çayı axarında yaşamış qərbi german tayfaları qrupu. Saliça və ripuarlardan ibarət olan franklar V əsrin əvvəllərində Qalliyanı işğal etmiş, Frank dövləti (V-IX əsrlər) yaratmışlar. Fransızların, vallonların, provanslıların, hollandların, flamandların və başqalarının etnogenezində iştirak etmişlər.
Qandalar
Qandalar — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. Bu oyko­nim rəsmi ədəbiyyatda Qandallar (Qandallı Alılar adından təhrifdir) kimi də işlənir. Yerli məlumata görə, yaşayış məntəqəsini çarizm dövründə Qazax mahalında vaxtilə qaçaqlıq etmiş Qandal Alı adlı şəxs salmışdır. XIX əsr ədəbiyyatına görə isə yaşayış məntəqəsi quşçuların qandalar nəslinin adı ilə bağlıdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Kənddə Qandalar kənd kitabxana filialı fəaliyyət göstərir. Kənddə Qandalar kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qrindlər
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsa da bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
İrlandlar
İrlandlar (irl. Muintir na hÉireann və ya irl. Na hÉireannaigh) və ya irandiyalılar - Kökləri İrlandiya adasına aid Kelt xalqı. İrlandlar aclıq və iqtisadi problemlər səbəbiylə tarixin müxtəlif dövrlərində İrlandiyanı tərk edərək ABŞ, Kanada, Avstralya, Yeni Zelandiya və Cənubi Afrika Respublikası kimi ingilis dilinin danışıldığı qitədən kənar ölkələrə köç etmişlər. İrlandiya xaricində yaşayan və qismən də olsa irland qanı daşıyanları sayı bu gün 80 milyona çatır. ABŞ Nyu-York və Yeni İngiltərə bölgəsində çox sayda irland yaşayır. Con Kennedi və ondan sonra gələn bir sıra ABŞ prezidentlərinin ailəsi irland mənşəlidir. Amerika qitəsinin həm şimalında, həm də cənubunda bir çox ailənin İrlandiya ilə mənşə əlaqəsi var.
Landlar
Landlar (fr. landes-xam yer) (rus. ланды, ing. landes) — bitki örtüyü həmişəyaşıl kolluqlar və otlarlardan ibarət olan, xam sahələrin landşaftı. Dar mənada Fransada Biskay körfəzi boyu ovalıqda alçaqboylu kserofil kollarla örtülmüş dyun sahələri.
Andlar
Andlar — şifahi poeziyanın arxaik janrlarından biridir. Şifahi poeziyanın ilkin janrlarından biri də andlardır. And qədim insanların müqəddəs hesab etdikləri varlıqlara inamı ilə yaranmışdır. Andiçmə müqəddəs hesab edilmiş, bir sıra xalqlarda andı pozmaq üstündə ən ağır cəzalar tətbiq edilmişdir. Hələ çox qədimlərdən anda inam qüvvətli olmuşdur. Əvvəllər insanın müxtəlif təsəvverləri ilə bağlı andlar yaranmışdır. İnsan yerə, göyə, suya, oda, Günəşə, Aya müqəddəs varlıq kimi baxmağa başladığı zamandan onun təsəvvürlərində və bədii yaradıcılığında ilk andlar yaranmışdır. "Ay haqqı", "Gün haqqı", "Torpaq haqqı", "Yer haqqı", "Göy haqqı", "İşıq haqqı", "Su haqqı" və s. Nisbətən sonralar insanların sitayiş etdikləri varlıqlara bərəkət və qüdsiyyətə andiçmə ənənəsi meydana gəlmişdir. "Duz haqqı", "Bərəkət haqqı", "Duz-çörək haqqı", "Çörək haqqı", "Un haqqı", "Nemət haqqı" və s.
Klez Brandar
Klez Brandar (Nant, 1984) fransız fotoqraf, musiqiçi və aktyordur. 2015-ci ildə o, bir musiqi albomu (Solitania adlanır), 2020-ci ildə bir EP (Rivage) və 2022-ci ildə beş dildə oxunan ikinci EP (Mangrove) buraxdı. 2019-cu ildə ilk kitabını (Triste Mesure) nəşr etdi və ikinci üçdilli kitabı (Lusk Dizehan // 06) 2021-ci ilin sonunda işıq üzü gördü. O, azərbaycanlı rejissor Fərid Əlicanovla iki klip çəkdirib (Rivage və Happy Melancholy). Klez 6 dildə danışır və oxuyur. O, karyerası boyu bir neçə qısametrajlı film və serialda, o cümlədən 2022-ci ildə nümayiş olunan Totemlər və Son İşıqda iştirak edib.
Qanadlar (film, 1927)
Qanadlar — 1927-ci ildə Birinci Dünya Müharibəsi mövzusunda çəkilən səssiz müharibə filmidir. Filmin rejissoru Uelmann Uilyam, prodüseri Lusen Habbarddır. Bu film Klara Bou, Çarlz "Baddi" Rogerz, Riçard Arlen və Qari Koperin Hollivud karyerasının başlanğıcı oldu. İlk dəfə təşkil olunan Ən yaxşı filmə görə "Oskar" mükafatı sahibi olmuşdur. Klara Bou — Mari Preston Çarlz "Baddi" Rogerz — Cek Povel Riçard Arlen — Devid Armstronq Qari Koper — Kadet Vayt Yobina Ralston — Silviya Levis El Brendel — Herman Şvimp Riçard Tuker — Hava qüvvələri komandanı Qunbat Smith — Çavuş Roscko Karns — Kamerun Leytenantı Henri Volthol — Mr. Armstronq Yulia Svayn Qordon — Mrs. Armstronq Arlete Marşal — Keleste Hedda Hoper — Mrs. Povel Corc irving — Mr.