Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qulyabanı
Qulyabanı — Azərbaycan mifologiyasında vəhşi heyvan, fövqəladə, yırtıcı canlı, tüklü varlıq. Bəzi nağıllarda Tüklücə adlandırılır. == Xüsusiyyətləri == Türk mədəniyyətində Quyux (Güyük) və ya Azman olaraq da bəhs edilər. Müxtəlif formalarda təsvir olunur. Çox vaxt hər cür qeyri-adi və yırtıcı varlığı ifadə etməkdə istifadə edilər. == Bənzər və ekvivalent varlıqlar == === Quyux === Quyux, vəhşi varlıq deməkdir. Ən məşhur təsvirə görə qaranlıqda çöllərdə və qəbiristanlıqlarda ortaya çıxır. Bədəni sarı qırmızı tüklə örtülü, pis qoxuludur. Çox iridir. Gündüzləri yeraltına və ya məzara girə bilər.