Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lentşəkilli qurdkimilər
Lentşəkilli qurdkimilər (lat. Cestodaria) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinə aid heyvan yarımsinfi. == Haqqında == Bu yarımsinfə iki dəstədə birləşmiş bir neçə növ aiddir. Lentşəkilli qurdkimilərin nümayəndələri bir çox cəhətdən lentşəkilli qurdlara oxşardır və axırıncılarda olduğu kimi onlarda da həzm sistemi yoxdur. Bu səbəbdən də çox vaxt lentşəkilli qurdkimiləri yarımsinif kimi lentşəkilli qurdlar sinfinə aid edirlər. Halbuki, lentşəkilli qurdkimiləri lentşəkilli qurdlardan fərqləndirən bir sıra əlamətlər vardır. İlk növbədə bu fərq surfənin likoforun quruluşuna aiddir. Bunların sürfələrində lentşəkilli qurdların onkosferində olduğu kimi 6 qarmaqcıq deyil, 10 rüşeym qarmaqcıqı vardır. Lentşəkilli qurdlardan fərqli olaraq likoforun serkomeri çox vaxt ayrılmır, o yetgin ferdlərdə də qalır. Bütün lentşəkilli qurdkimilər buğumsuz quruluşda olub, bir cinsi aparata malikdir.