Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qurbanxan Müslümov
Qurbanxan Müslümov (2 mart 1968, Buruq, Lerik rayonu) — Mustafa Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin yoğun və düz bağırsağın cərrahlığı (Koloproktologiya) şöbəsinin rəhbəri, tibb elmləri doktoru, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə kafedrasının professoru, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti. 2005–2009-cu illər ərzində Almaniyanın Haydelberq Universitetinin Mannheim Cərrahlıq klinikasında 5 il ərzində həkim cərrah kimi çalışmış və Pankreas cərrahlığı, qara ciyər öd yolları cərrahlığı, minimal invaziv cərrahiyyə, onkoloji cərrahiyyə, kolorektal və torakal cərrahiyyə üzrə ixtisaslaşmış və visseral cərrah kimi yetişmişdir. Azərbaycana qayitdiqdan sonra burada müasir pankreas və biliar cərrahiyyənin təşəkkül tapmasında əvəzsiz xidmətləri olmuş, ilk dəfə böyük seriya Traverso əməliyyatları, drenajlanma olmadan rekonstruktiv biliar əməliyyatlar, yoğun və düz bağırsaq patologiyaları zamanı mürəkkəb laparoskopik əməliyyatlar aparmaqla yanaşı müasir irəli laparoskopik cərrahiyyənin əsasını qoymuşdur. Belə ki, respublikmızda ilk torako-laparoskopik ezofaqektomiya, ilk total laporoskopik Vipple əməliyyatı, laparoskopik total qastrektomiya, laparoskopik total MRE ilə düz bağırsaq əməliyyatları, düz bağırsağın anal kanala yaxın törəmələri zamanı laparoskopik çox aşağı intrasfinkter rezeksiyalar, laparoskopik pankreatektomiyalar prof. Q. Müslümov tərəfindən icra edilmişdir. Bununla bərabər o, 2013-cü ildə Avropada məşhur Davos Cərrahiyyə kurslarının treyneri seçildikdən sonra 2008-ci ildən başlayaraq sədri olduğu Azərbaycan-Almaniya Tibbi əməkdaşlıq Cəmiyyətinin nəzdində ilk Tibbi Treyninq Kursları və Cərrahi Simulyasiya Mərkəzi yaradaraq azərbaycanlı gənc həkimlərə və tələbələrə açıq və laparoskpik cərrahiyyənin müasir texnikalarını öyrətməyə başlamışdır. Getdikcə Avropa və yaxın xaric ölkələrində məşhurlaşan azərbaycanlı cərrah Dagıstanda, Özbəkistanda və Qazaxstanda mürəkkəb əməliyyatlar icra etməyə, leksiyalar deməyə və həkimlər üçün ustad dərsləri təşkil etmək üçün dəvət edilməyə başlamışdır. Bu fəaliyyətinə görə 2017-ci ildə o, Özbəkistan Həkimləri Təkmilləşdirmə İnstitutunun və Təcili Tibbi Yardım İnstitunun 2018-ci ildə isə Buxara Dövlət Tibb Universitetinin fəxri professoru seçilmişdir. Eyni zamanda Dağıstan Tibb Universitetinin fəxri professoru seçilmişdir. Hazirda Prof.